Əməyin mühafizəsi üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

https://qlor.me/m3muabpnwm

Təsvir

  • Azərbaycan Respublikasının Konstitusiyasını, Əmək Məcəlləsini və qanunlarını rəhbər tutaraq işini icra etmək;
  • İş yerlərində istehsalat xəsarətlərinin və peşə xəstəliklərinin profilaktikasına nəzarət etmək;
  • Departament, xidmət, idarə və müəssisələrin məsul şəxslərinə əməyin mühafizəsi üzrə təlimatlar və normativ sənədlərin tətbiqində tövsiyələr vermək;
  • Əməyin mühafizəsi üzrə norma və standartlara riayət olunmasına nəzarət etmək;
  • İşçilərin fərdi və kollektiv mühafizə vasitələri ilə təmin edilməsinə nəzarət etmək;
  • Rəsmi hesabatlar tərtib etmək və aidiyyəti üzrə təqdim etmək;
  • Əməyin mühafizəsi və təhlükəsizlik məsələlərinə nəzarət etmək və təhlükəli obyektlərdə qanunların icrasını təmin etmək;
  • Prosedur və formaların icrasına nəzarət etmək, uyğunsuzluq aşkarlanarsa yuxarı rəhbərliyə məlumat vermək;
  • Təhlükəli obyektlərdə əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi tələblərinin yerinə yetirilməsinə nəzarət etmək;
  • Təhlükəsizliklə bağlı təlimlərdə və seminarlarda iştirak etmək;
  • 5 günlük iş rejimi.

Tələblər

  • Təhsil səviyyəsi: Ali (Müvafiq sahə üzrə) ;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 3 il,
  • Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi;
  • Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılması üzrə biliklər;
  • Sənədləşdirmə və hesabatların tərtib edilməsi üzrə biliklər;
  • Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu;
  • Mülki Müdafiə haqqında Azərbaycan Respublikasının Qanunu;
  • Müəssisə, idarə və təşkilatlarda əməyin mühafizəsi xidməti işinin təşkilinə dair biliklər;
  • Əməyin mühafizəsi və təhlükəsizlik təlimatlarının təşkili və biliklərin yoxlanılması üzrə təcrübə;
  • İngilis və rus dili biliyi üstünlükdür;
  • Kompüter biliyi: Microsoft Office.

Oxşar vakansiya siyahısı:

Direktor assistenti

Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

14.11.2024 - Bakı

İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti

Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

01.11.2024 - Bakı