Təlim və inkişaf şöbəsinin koordinatoru
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

ADORE kompani Təlim və inkişaf şöbəsinin koordinatoru vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Təlim və inkişaf strategiyalarının hazırlanması və həyata keçirilməsi.
  • Şirkətin biznes hədəflərinə uyğun olaraq əməkdaşların təlim və inkişafı üçün uzunmüddətli və qısamüddətli planların hazırlanması və tətbiqi.
  • Pərakəndə satış sahəsində çalışan əməkdaşların təlim ehtiyaclarının müəyyən edilməsi.
  • Təlim proqramlarının hazırlanması üçün brend menecerlər və pərakəndə satış şöbəsinin əməkdaşları ilə işgüzar görüşlərin və sessiyaların təşkili.
  • Xidmət və servis standartları, satış texnikası və yumşaq bacarıqlar (soft skills) üzrə təlim proqramlarının formalaşdırılması.
  • Təlim vasitələrinin və metodlarının seçilməsi, həmçinin pərakəndə satış sahəsində çalışan əməkdaşları üçün inkişaf proqramlarının hazırlanması.
  • Təlimin keçirilməsi üçün lazım olan vasitələrin hazırlanması: paylama materialları, təlim üçün iş dəftərləri, təlim yeri və aksesuarlar.
  • Təlim prosesindən sonra mənimsənilən biliklərin qiymətləndirilməsi.
  • Ümumi təlim planına və cədvəlinə uyğun olaraq təlimlərin keçirilməsini təmin etmək.
  • Əməkdaşlarının attestasiyasının keçirilməsini təmin etmək.
  • Elektron təlim (e-learning), mobil təlim və digər rəqəmsal alətlər kimi müasir texnologiyaların və təlim metodlarının tətbiqi.
  • Təlim və inkişaf sahəsində yeni tendensiyaların və ən yaxşı təcrübələrin monitorinqi.
  • Xarici təlimlərin təşkilinə dəstək, brendlərin xarici nümayəndələri ilə əlaqələrin qurulması.
  • Satış nöqtələrində xidmət standartlarına əməl olunmasına nəzarət, həmçinin müxtəlif departamentlərdən alınan rəyin təhlili.
  • Təlim və inkişaf şöbəsinin büdcəsinin idarə olunması və istifadəsinə nəzarət.
  • Təlimlərin nəticələri üzrə hesabatların hazırlanması və şirkət rəhbərliyinə təqdim edilməsi.

Namizədə tələblər:

  • Ali təhsil.
  • Təlim və İnkişaf sahəsində iş təcrübəsi (İR sahəsində iş təcrübəsi üstünlükdür).
  • Peşəkar ünsiyyət və təqdimetmə bacarıqlarına malik olmalı.
  • İdarəetmə və təşkilatçılıq qabiliyyəti.
  • Ənənəvi və müasir təlim metodları ilə tanışlıq.
  • Səlis azərbaycan və rus dilləri, ingilis dili biliyi üstünlükdür.
  • MS Office proqramlarında peşəkar işləmək bacarığı.

İş şəraiti:

  • Rəqabətə davamlı əməkhaqqı.
  • Yüksək peşəkar komandada işləmək imkanı.
  • İş qrafiki: 5/2, saat 09:00-dan 18:00-dək.
  • Ünvan: baş ofis, Gənclik m. yaxınlığı, Oqtay Kərimov 49

Müraciət üçün CV-nizi cv@adoregroup.az elektron ünvana göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını « Təlim və inkişaf şöbəsinin koordinatoru » qeyd etməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Digital marketinq üzrə texniki mütəxəssis

Mətanət A Şirkətlər Qrupu Digital marketinq üzrə texniki mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

02.12.2024 - Bakı

Старший Бренд-менеджер

ADORE kompani Brend menecer vəzifəsi üzrə vakansiya elan edir. ...

ADORE kompani

29.11.2024 - Bakı

SMM Təcrübəçi (ödənişsiz)

Giperaks.az SMM Təcrübəçi (ödənişsiz) vəzifəsi üzrə vakansiya elan edir. ...

Giperaks

25.11.2024 - Bakı

500 — 601 ₼
SMM mütəxəssis

Kepro Estetik Klinika SMM mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Kepro Estetik Klinika

21.11.2024 - Bakı