Qısa məzmun
Mətanət A şirkəti Sürücü vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Avtonəqliyyat vasitəsinin hər zaman istismara yararlı olmasına nəzarət etmək;
- Avtonəqliyyat vasitəsinin texniki baxışlarının rəhbərlik tərəfindən təsdiq edilmiş cədvələ uyğun olaraq vaxtında keçirilməsini təmin etmək;
- Avtomobili texniki təhlükəsizlik qaydalarına riayət etməklə idarə etmək;
- Avtomobilin texniki vəziyyətini yoxlamaq, xəttə çıxmazdan əvvəl təhvil almaq və qayıtdıqdan sonra təhvil verərək ayrılmış yerə qoymaq;
- Yerinə yetirilən işləri qanunvericiliyin tələblərinə, daxili əmək və intizam qaydalarına uyğun həyata keçirmək;
- İşəgötürənin kommersiya və istehsal sirlərini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq;
- Əmək intizamına və müəssisədaxili qaydalara ciddi əməl etmək;
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət etmək.
Tələblər:
- Sürücülük vəsiqəsi: B kateqoriyası (daha yüksək kateqoriyalar üstünlükdür);
- Sürücü kimi minimum 5 il iş təcrübəsi;
- Yol hərəkəti qaydalarını mükəmməl bilmək və onlara riayət etmək;
- Texniki biliklərə sahib olmaq, avtomobilin gündəlik texniki vəziyyətini yoxlamaq bacarığı;
- Məsuliyyətli, dəqiq və etibarlı olmaq;
- Əlavə dil bilikləri üstünlükdür:
- Yüksək səviyyədə etik davranış və nizam-intizam.
Şərtlər:
- İş qrafiki:6 gün 1 gün istirahət;
- Əmək haqqı namizədin təcrübəsinə uyğun qarşılıqlı razılaşma əsasında təyin olunacaqdır.
Maraqlanan namizədlərdən CV-lərini hr@matanata.com göndərmələri xahiş olunur:
Başlıqda “Sürücü” vəzifəsini qeyd etmək mütləqdir.
Oxşar vakansiya siyahısı:
Sürücü
Mətanət A Sürücü vəzifəsi üzrə vakansiya elan edir. ...
Avtobus Sürücüsü
Hajigabul Poultry Farm Company Avtobus Servis Sürücüsü vəzifəsi üzrə vakansiya elan edir. ...
Logistika koordinatoru
Starex Logistika koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Avtobus Servis Sürücüsü
Hajigabul Poultry Farm Company Avtobus Servis Sürücüsü vəzifəsi üzrə vakansiya elan edir. ...