Qısa məzmun
Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə Haqqında:
Biz komandamıza rəsmi vergi hesabatlarının hazırlanması və təqdim edilməsi, vergi qanunvericiliyinə uyğun uçotun aparılması və digər mühasibatlıq əməliyyatlarının icrası ilə məşğul olacaq təcrübəli Mühasib axtarışındayıq . Bu vəzifədə sizin əsas məqsədiniz fabrikin maliyyə əməliyyatlarının dəqiqliklə həyata keçirilməsindən ibarət olacaqdır.
İş Barədə Məlumat:
- İş yeri : Şəmkir ;
- Vergi qanunvericiliyinə uyğun olaraq aylıq, rüblük və illik hesabatların hazırlanması və təqdim edilməsi;
- ƏDV, mənfəət, gəlir və digər vergilərin düzgün hesablanması və vaxtında ödənilməsini təmin etmək;
- Elektron qaimə-fakturaların tərtibi və göndərilməsi;
- Vergi orqanları ilə yazışmaların aparılması və yaranan məsələlərin həlli;
- Mühasibat uçotu sənədlərinin işlənməsi və onların qanunvericiliyə uyğun aparılması;
- Aylıq maliyyə və vergi hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Bank əməliyyatlarının aparılması, ödənişlərin həyata keçirilməsi və bank sənədlərinin işlənməsi;
- Şirkətin mühasibatlıq sistemində məlumatların düzgün qeydiyyatını aparmaq və arxivləşdirmək.
- 6 günlük iş rejimi (09:00 – 17:00);
- Əmək haqqı : Müsahibə əsasında.
Tələblər:
- Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsində ali təhsil;
- Vergi hesabatlarının hazırlanması sahəsində ən azı 3 il iş təcrübəsi;
- Yaş həddi : 28- 45 yaş arası;
- Azərbaycan Respublikasının vergi və mühasibat uçotu qanunvericiliyi haqqında dərin biliklər;
- MS Office proqramlarında (xüsusilə Excel) yüksək səviyyədə işləmə bacarığı;
- Mühasibatlıq proqramlarında (1C və ya digər müvafiq proqramlarda) işləmə təcrübəsi;
- Dəqiqlik, məsuliyyətlilik və analitik düşüncə bacarığı;
- Vergi orqanları ilə əməkdaşlıq və müvafiq yazışmalar aparma qabiliyyəti.
Müraciət etmək üçün CV-nizi haciqabulqusculuq.hr@gmail.com elektron poçt ünvanına göndərə bilərsiniz .
Oxşar vakansiya siyahısı:
Xalq Bank Maliyyə İdarəsinin Büdcə planlaşdırılması və xərclərə nəzarət şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Risklərin İdarə Edilməsi Departamentində Monitorinq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Qeyri-maliyyə Risklərinin İdarə Edilməsi şöbəsində İnsidentlərin İdarə Edilməsi üzrə Baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Biznes xidmət üzrə mütəxəssis/aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
"Rabitabank" ASC Şirvan filialı üzrə Universal işçi vakansiyasını elan edir. ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Hava Yolları QSC Əsas vəsaitlərin və inventarların Uçotu Şöbəsi / Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Pərakəndə bankçılıq üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis (Qəbələ filialı) vəzifəsi üzrə ...
Rabitəbank Masallı filialı üzrə Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Yasamal filialına Mikro və aqro kreditlər üzrə mütəxəssis/ aparıcı mütəxəssis/ baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...