Qısa məzmun
A – Group Insurance Company İnzibati işlər üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Telefon zənglərini qəbul etmək və eytiyac olduqda müvafiq şöbələrə yönəltmək;
- Şirkətdə kargüzarlıq xidmətini təmin etmək;
- Daxil olan və göndəriləcək korrespondensiyanın vaxtlı-vaxtında qeydiyyatını aparmaq, sürətinin çıxarmaq və/və ya skan edilməsini təmin etmək;
- Daxil olmuş və göndəriləcək korrespondensiyanın təyinatı üzrə ünvana çatdırılmasını təmin etmək;
- Ümumi sığorta hadisəsi zamanı zəngləri qəbul etmək, Insure.az sisteminə daxil edib, hadisə məlumatlarını Sığorta hadisələrinin tənzimlənməsi departamentinə yönəltmək;
- Mərkəzi Bankın tətbiq etdiyi Elektron Sənəd dövriyyəsi sistemində müvafiq sənədləri qəbul etmək və göndərmək;
- Çirkətdə cari kargüzarlıq materillarına eytiyacı müəyyənləşdirmək, sifarişi, təhcizatçıdan qəbulu və saxlanılmasını təşkil və təmin etmək;
- Kuryer və taksi xidmətinin sifarişini, sifarişlərin tənzimlənməsini və dəqiqliklə yerinə yetirilməsini həyata keçirmək;
- Karqüzarlığa aid bütün sənədlərin müvafiq qaydada yığılması və saxlanılması, qeydiyat kitablarının səliqəli vəziyətdə olmasını və vaxtı-vaxtında dəyişdirilməsini təmin etmək;
- Şirkətə gələn müştəriləri nəzakətlə qarşılayıb, onların tələblərini, sorğularını aydınlaşdırıb, müvafiq struktura yönəltmək;
- Daxili müştərin sorğularını vaxtında və dəqiq cavablandırmaq.
Tələblər:
- Orta ixtisas və ya ali təhsili;
- Ən azı 1 il iş təcrübəsi;
- Ünsiyyət qurmaq bacarığı;
- Komandada işləmək bacarığı;
- Stressə davamlı;
- Azərbaycan və rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığı (ingilis dili arzu olunandır);
- MS Office proqramlarını yaxşı bilmək.
İş şəraiti:
- Əmək haqqı: 650 azn
- Qrafik 5-günlük, 09.00-18.00
- Könüllü tibbi sığorta qarşılanır.
Maraqlanan şəxs, mövzuda “İnzibati işlər üzrə kiçik mütəxəssis” qeyd etməklə, CV-ni email ünvanına göndərə bilər.