Qısa məzmun
Xalq Bank “Gəncə” filialının Ekvayrinq xidməti üzrə regional təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Yeni ATM və ödəniş terminalların quraşdırılması;
- ATM, ödəniş terminallarına və pos-terminallara müvafiq proqram təminatının yazılması və tam işlək vəziyyətə gətirilməsi;
- ATM, ödəniş terminallarına və pos-terminalların daim işlək vəziyyətdə saxlanılması, monitorinqi, yaranmış problemlərin diaqnostikası və aradan qaldırması;
- Müvafiq bölgədə yerləşən pos-terminalların fiziki vəziyyətinə nəzarət məqsədilə mütəmadi monitorinqlərin keçirilməsi, dövriyyə tələbinə uyğun olmayan müştərilərin müəyyənləşdirilməsi;
- ATM, ödəniş terminalları və pos-terminallarda nasaz ehtiyat hissələrinin müəyyən edilməsi, təmiri (zərurət yarandığı halda), sazlanması, yenisi ilə əvəz olunması və s. üçün servis xidmətlərinin cəlb edilməsi;
- ATM, ödəniş terminalları və pos-terminallara WAY4 (Telescope) və digər mövcud Remote (məsafədən idarə etmə) proqramlar vasitəsilə nəzarət etmək;
- Günün sonunda görülən işlər və təyin edilmiş uyğunsuzluqlar barədə hesabatın hazırlanması və təqdim edilməsi;
Tələblər
- Ali təhsil (və ya ona bərabər tutulan təhsil səviyyəsi);
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;
- Yenilikləri intensiv və dərindən mənimsəmə bacarığı;
- Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
- · Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- · İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- · Kompüter bilikləri;
- · Ofis proqramlarında (Excel, Word) işləmə bacarığı;
- · Şəxsi nəqliyyat vasitəsinin olması arzuolunandır.
Oxşar vakansiya siyahısı:
Fəhlə
Mətanət A Fəhlə üzrə vakansiya elan edir. ...
550₼
Usta köməkçisi (mebel)Kontakt Home Usta köməkçisi (mebel) vəzifəsi üzrə vakansiya elan edir. ...
600₼
Təsərrüfat şöbəsində FəhləASADZADESANAN MMC Təsərrüfat şöbəsində Fəhlə vəzifəsi üzrə vakansiya elan edir. ...