Qısa məzmun
Max Print Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti olmalıdır.
Əsas vəzifə öhdəlikləri:
Layihə üzrə xərclərin idarə edilməsi:
- Tikinti materialları, avadanlıq, podratçı işləri və digər tikinti resurslarına olan bütün xərclərin aparılması və izlənməsi.
- Hər bir tikinti layihəsinin mərhələsində təsdiq edilmiş büdcənin yerinə yetirilməsinin təmin edilməsi.
- Layihənin bütün mərhələlərində (layihələndirmə, hazırlıq, tikinti və obyektin təhvil verilməsi) xərclərin proqnozlaşdırılması və təhlili.
- Büdcə üzrə sapmaların təhlili:
- Cari xərclərin müntəzəm təhlili və planlaşdırılmış göstəricilərlə müqayisəsi, sapmaların səbəblərinin müəyyənləşdirilməsi.
- Artıq xərclərin azaldılması və xərclərin optimallaşdırılması üzrə tədbirlərin hazırlanması.
Hesabatın hazırlanması:
- Layihə üzrə xərclər və büdcənin cari vəziyyəti haqqında rəhbərliyə müntəzəm hesabatların tərtib edilməsi və təqdim edilməsi.
- Podrat müqavilələrinin yerinə yetirilməsi və materiallar, əmək haqqı, avadanlıq kirayəsi və digər xərclərə dair hesabatların hazırlanması.
Müqavilələrin razılaşdırılması və nəzarət edilməsi:
- Podratçılar, təchizatçılar və alt-podratçılarla əməkdaşlıq edərək bağlanmış müqavilələr üzrə bütün xərclərin uçotunun aparılması və nəzarət edilməsi.
- Müqavilələr üzrə faktiki xərclərin planlaşdırılanlarla uyğunluğunun yoxlanılması.
Xərclərin planlaşdırılması və proqnozlaşdırılması:
- Tikinti büdcəsinin hazırlanmasında iştirak etmək, mümkün risklərin qiymətləndirilməsi və əsas xərclər üzrə göstəricilərin müəyyən edilməsi.
- Materialların, avadanlıqların, işlərin qiymətindəki dəyişikliklərin proqnozlaşdırılması, bazar dəyişiklikləri və qanunvericilikdəki yeniliklər nəzərə alınaraq.
Materiallar və işlərin qiymətləndirilməsi:
- Alınan materialların və yerinə yetirilən işlərin qiymətlərinin qiymətləndirilməsi və keyfiyyətə zərər vermədən xərclərin optimallaşdırılması üçün variantların təklif edilməsi.
- Tikinti işləri aparılarkən materialların uçotunun təşkili və onların düzgün qeydiyyatının təmin edilməsi.
Sənədlərlə iş:
- Xərclərlə əlaqədar bütün sənədlərin (fakturalar, icra aktları, mal-material avansları və s.) düzgün tərtib edilməsi və vaxtında təqdim edilməsi.
- Bütün sənədlərin mühasibat uçotu və maliyyə hesabatlılığı tələblərinə uyğunluğunun təmin edilməsi.
Namizədə tələblər
Dil biliyi:
- Azərbaycan və Rus dilini səlis bilmək;İnglis dili arzu olunandi
Təhsil:
- İqtisadiyyat, maliyyə, mühasibatlıq və ya tikinti sahəsində ali təhsil.
Təcrübə:
- Tikinti sahəsində analoji vəzifədə minimum 2 il iş təcrübəsi.
- Büdcə hazırlığı, maliyyə və smeta hesablamaları ilə işləmək, həmçinin tikinti layihələrində xərclərin nəzarəti üzrə təcrübə.
Bilik və bacarıqlar:
- Smətələrin hazırlanması və təhlili, tikinti xərclərinin uçotu prinsipləri haqqında biliklər.
- Tikinti layihələrinin və büdcələrinin idarə olunması üzrə proqramlardan (məsələn, 1C: Mühasibatlıq, MS
- Excel, tikinti uçotu proqramları) istifadə təcrübəsi.
- Tikinti normaları və standartları barədə biliklər.
- Podratçılar, təchizatçılar və alt-podratçılarla işləmək təcrübəsi.
- Vergi qanunvericiliyi, tikintidə uçot prinsipləri və smeta hesablamaları üzrə biliklər.
Şəxsi keyfiyyətlər:
- Yüksək analitik bacarıq.
- Detallara diqqət və böyük məlumatla işləmə bacarığı.
- Məsuliyyətlilik və təşkilatçılıq.
- Komandada işləmək və çoxsaylı tapşırıqlarla işləmək bacarığı.
- Əla ünsiyyət bacarıqları, sıx müddətlərdə işlərin yerinə yetirilməsi bacarığı.
İş şəraiti
Əmək haqqı:
- Rəqabətə davamlı əmək haqqı, namizədin təcrübəsinə əsasən müsahibə zamanı müzakirə ediləcək.
İş qrafiki:
- Beş günlük iş həftəsi (layihənin mərhələsindən asılı olaraq əlavə iş saatları ola bilər).
Sosial təminatlar:
- Əmək qanunvericiliyinə uyğun sosial təminatlar (ödənişli məzuniyyətlər, xəstəlik vərəqələri, tibbi sığorta).
Karyera irəliləyişi:
- Şirkət daxilində peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
Təhsil və inkişaf:
- Şirkət, işçilərin təhsilini və peşəkar inkişafını dəstəkləyir, smeta işi, tikinti layihələrinin idarə edilməsi və xərclərin nəzarəti sahələrində mütəxəssis təlimləri təşkil edir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “ Xərclər üzrə mühasib (Tikintidə)” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Yelo Bank ASC PL/SQL üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Xalq Bank şirkəti "Şəki" filialının Kredit şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Dayanıqlı inkişaf (ESG) üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib ( Şəmkir ) vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Qeyri-maliyyə Risklərinin İdarə Edilməsi şöbəsində İnsidentlərin İdarə Edilməsi üzrə Baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Xalq Bank Maliyyə İdarəsinin Büdcə planlaşdırılması və xərclərə nəzarət şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Mütəxəssis/Aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Aztelekom MMC ERP və biznes prosesləri üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. ...