Qısa məzmun
ENEM Consulting İnsan resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İşin təsviri:
- Əmək müqaviləsi bildirişlərinin Elektron informasiya sisteminə (ƏMAS) daxil edilməsi və müvafiq sənədləşmənin icra edilməsi;
- İşçilərin işə qəbulu və işdən azad edilməsi;
- İşçilərin sosial məzuniyyət, təhsil məzuniyyəti, analıq məzuniyyətinə çıxarılması və sənədləşmə işlərinin aparılması;
- Müştərilərimizin qanunvericiliklə bağlı suallarının cavablandırılması;
- Davamiyyətin izlənilməsi və cədvəllərin hazırlanması;
- Aylıq iş vaxtı uçot tabellərinin hazırlanması;
- Ezamiyyə sənədlərinin hazırlanması;
- Məzuniyyət qrafikinin tərtib edilməsi;
- İşçilərin əmək məzuniyyətlərinin rəsmiləşdirilməsi;
- Əmək Qanunvericiliyin tələblərinə əsasən digər sənədlərin tərtib edilməsi;
- Vakansiya elanlarının hazırlanması və yerləşdirilməsi, proseslərə nəzarət və uyğun namizədlərin seçilməsi;
- İşçilərin təlim ehtiyaclarını müəyyənləşdirmək və təlimatlandırmaq;
- İSB əməliyyatlarının icra edilməsi;
- Əmək haqqı: 900 AZN (net)
Namizədə tələblər
- Ali təhsil (İnsan Resursları, Biznesin idarə edilməsi və ya müvafiq sahədə bakalavr təhsilinin olması);
- Əmək məcəlləsini yaxşı bilməli;
- ƏMAS portalında işləmək bacarığı;
- 1C proqramında işləmək bacarığı;
- Ofis proqramlarında işləmək bacarığı;
- Məsuliyyətli, operativ, yüksək ünsiyyət bacarığı;
- Kollektiv və işçi heyəti ilə işləmə bacarığı;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
İş qrafiki
- 5 günlük iş qrafiki
- İş 09:00-da başlayır , 18:00-da bitir.
- Şənbə və bazar günü istirahət günləri
Uyğun namizədlərdən CV-lərini “İnsan resursları üzrə mütəxəssis” başlığı altında hr@enemgroup.com ünvanına göndərməkləri xahiş olunur
Oxşar vakansiya siyahısı:
650₼
İnzibati işlər üzrə kiçik mütəxəssisA - Group Insurance Company İnzibati işlər üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Sənədləşmə üzrə Mütəxəssis
Mətanət A Şirkətlər Qrupu Sənədləşmə üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...