Qısa məzmun
Azerimed Regionlar üzrə Tibbi Nümayəndə vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
Biz peşəkar və dinamik komandamız üçün “Regionlar üzrə Tibbi Nümayəndə” axtarırıq!
Vəzifə öhdəlikləri:
- Təyin olunmuş ərazi üzrə Həkimlərlə,Tibbi müəssisələrlə və Apteklərlə görüşlər keçirmək;
- Şirkətə məxsus olan məhsulların təqdimatını, tanıtımını və satışını həyata keçirmək;
- Satış nöqtələrini müvafiq ardıcıllığa uyğun olaraq mütəmadi ziyarət edərək nəzarətdə saxlamaq;
- Şirkətə yeni müştərilərin cəlb edilməsi istiqamətində işlər görmək;
- Təqdim edilən məhsullara olan tələbatın öyrənilməsi;
- Məhsul haqqında müştəriyə düzgün informasiyanı ötürmək;
- Bazar araşdırması etmək və satış kanallarını artırmaq;
- Görülmüş işlər haqqında gündəlik və aylıq hesabatlar hazırlamaq;
Tələblər
- Yaş: 23-35
- Təhsil: Ali və ya orta təhsil (Tibb təhsili üstünlükdür);
- Təcrübə: Tibbi nümayəndə sahəsi üzrə minimum 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili və rus dili biliyi arzuolunandır;
- Kompüter bilikləri: MS Office (Word, Excel, Power Point);
- Effektiv kommunikasiya və müştəriyönümlü satış bacarığı.
İş şəraiti:
- İş qrafiki: Tam iş günü
- Əmək haqqı: Razılaşma əsasında
Ünvanlar:
Ağsu, Şamaxı, İmişli, Salyan, Şirvan, Masallı, Gəncə, Şəki, Qəbələ, Quba, Zaqatala, Şəmkir, Bərdə, Qazax, Mingəçevir, Beyləqan, Lənkəran.
Əgər siz də bu vəzifə üçün uyğun namizədsinizsə, təklif olunan region qeyd edərək “Regionlar üzrə Tibbi nümayəndə” (məsələn, “Ağsu, Zaqatala, Qəbələ”) mövzusu ilə CV-nizi e-poçt ünvanına göndərməyə dəvət edirik.
Əlavə suallar üçün 055-455-95-91 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Kontakt Home Kontakt Home/Audiometrist (Otomed) vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h 400 -450 AZN . AzəriMed QSC Əczaçı Operator vəzifəsi üzrə vakansiya elan edir. ...
Respublika Diaqnostika Mərkəzi Həkim-radioloq vəzifəsi üzrə vakansiya elan edir. ...