Qısa məzmun
Expressbank ASC Risklərin idarə edilməsi departamenti, Əməliyyat risklərinin idarə edilməsi şöbəsi/şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Əməliyyat risklərinin müəyyən edilməsi və qiymətləndirilməsi metodlarının (RCSA, ssenari analizləri, risk xəritələrinin tərtibi və s.) tətbiqini inkişaf etdirilməsi;
- Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflərin verilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlərin təşkili;
- Əməliyyat risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsinin təmin olunması;
- Bankda risk mədəniyyətinin yüksəldilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinin təşkili;
- Bankda həyata keçirilən biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədi ilə monitorinqlərin aparılması, nəticələrinin sənədləşdirilməsi və təkliflərin verilməsi işinin təşkili.
Tələblər
- Ali təhsil (Maliyyə və Mühasibatlıq, Risklərin idarə edilməsi, İqtisadi Kibernetika Mexanika – Riyaziyyat üzrə bakalavr və ya magistr təhsilinin olması arzuolunandır);
- Əməliyyat, bazar, kredit və likvidlik riskləri, modelləşdirmə, və ya korporativ maliyyə funksiyası üzrə minimum 4 il iş təcrübəsi;
- Analitik qabiliyyət və məlumat bazası (Python və SQL) ilə işləmək bacarığı;
- Risk və maliyyə hesabatlığının təhlili bacarığı;
- Statistik və Ekonometrik təhlil bacarığı;
- Analitik təhliletmə və proqnoz vermək qabiliyyəti;
- Risklərin (xüsusilə əməliyyat riskləri) idarə edilməsi üzrə və CFA, FRM sertifikatların olması üstünlükdür;
Oxşar vakansiya siyahısı:
PASHA Bank Qeyri-maliyyə Risklərinin İdarə Edilməsi şöbəsində İnsidentlərin İdarə Edilməsi üzrə Baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzində aparıcı mütəxəssis / baş mütəxəssis/menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Muhasib operator vəzifəsi üzrə vakansiya elan edir. ...
GL ASC (Sizin Lombard) Masallı, Lənkaran və Astara şəhərlərində yerləşən, filiallar üzrə Kredit mütəxəssisi vəzifəsinə işçi qəbulu ...
GL ASC-dən Şabran şəhərində yerləşən filialları üzrə Xəzinədar əməliyyatçı işçi qəbulu elan edir. ...
CMT Group MMC Muhasib operator vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Mikro kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis (Xaçmaz, Bərdə, Mingəçevir filialları) vəzifəsi üzrə vakansiya elan edir. ...