Qısa məzmun
Qəbələ Beynəlxalq Hala Limanı Supervayzer vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
Qəbələ Beynəlxalq Hava Limanına Perronda xidmət üzrə supervayzer vəzifəsi üzrə işçi yığımı aparılır.
Vəzifə borcları:
- Bilavasitə hava gəminin yanında bütün xidmətlər tərəfindən texnoloji qrafikə uyğun olaraq hava gəminin reysə hazırlanmasının təşkilinə nəzarət etmək
- Hava gəminin yanacaqla doldurulmasının (boşaldılmasının) təşkil etmək, doldurulan (boşaldılan) yanacağın çəkisinin qeydiyyata alınmaq və nəzarət etmək
- Yüklənmə başlanmazdan əvvəl hava gəminin bölmələrində yerləşən yüklərin möhkəmləndirməsi vasitələrinin mövcudluğunu və sazlığını yoxlamaq
- Yükləmə zamanı yük bagaj bölmələrinin çəki məhdudiyyətlərinin gözlənilməsinə nəzarəti təmin etmək
- Hava gəminə xidmətin texnoloji qrafikinin pozulmasının qarşısını almaq üçün vaxtında tədbirlər görmək
- Uçub gələn Hava gəminin yüklənməsinin pozulması haqqında sahə rəisinə məruzə etmək və bu pozulmalara dair aktların tərtib edilməsində iştirak etmək.
İş şəraiti:
- İş qrafiki: 2 gün iş/2 gün istirahət (07:00-dan 19:00-dək)
- İş yeri: Qəbələ Hava Limanı
- Əmək haqqı: 798 AZN net
- Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir
Tələblər
- Təhsili: Ali (aviasiya təhsili olanlara üstünlük verilir)
- Dil bilikləri: Azərbaycan dilini əla, rus dili – qənaətbəxş, ingilis dilini orta səviyyədə bilmək
- İş stajı: tələb olunmur
- İş yeri: Qəbələ Beynəlxalq Hava Limanı
- Microsoft Office (Word, Excel) üzrə biliyin olması üstünlükdür
Oxşar vakansiya siyahısı:
Business Development Manager
We’re on the hunt for a go-getter to drive growth, close deals, and scale impact in the fast-paced EdTech space! If you’re a hustler with a passion for education ...
Mikro kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis (Xaçmaz, Bərdə, Mingəçevir filialları)
Expressbank ASC Mikro kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis (Xaçmaz, Bərdə, Mingəçevir filialları) vəzifəsi üzrə vakansiya elan edir. ...