İş barədə:
– Şirkətin struktur bölmələrində və tabeliyində olan bölmələrdə vahid kargüzarlıq sistemini təşkil etmək;
– Şirkətin daxili və xarici korrespondensiyasının aparılmasını həyata keçirmək, fiziki və hüquqi şəxslərdən daxil olan müraciətləri qəbul etmək, qeydiyyata almaq və lazım olduğu təqdirdə aidiyyəti üzrə çatdırılmasını təmin etmək;
– Şirkətin sənəd dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə sənədlərin dövriyyəsinə və icra müddətinə nəzarət etmək, icra müddəti başa çatmış sənədləri struktur bölmələrdən və şirkətin tabeliyində olan şöbələrdən tələb etmək, pozuntu halları barədə rəhbərliyi məlumatlandırmaq;
– İmzalanmış əmrləri, sərəncamları və digər sənədləri qeydiyyata almaq, saxlanılmasını və göndərilmə siyahısına əsasən çatdırılmasını təmin etmək;
– Sənəd qovluqlarının tərtibatı və uçotu, gələcəkdə arxivə lazımi səviyyədə təhvil verilməsi məqsədi ilə daxili və xarici korrespondensiya üçün ümumi nomenklatur-siyahısını tərtib etmək;
– Etibarnamələri hazırlamaq və onların qeydiyyatını aparmaq;
– Ofis işçilərinin dress code qaydalarına riayət etməsinə nəzarət etmək;
– Korporativ nömrələrin sifariş edilməsi, system üzərindən tariflərin yenilənməsi və limitlərinin təyin edilməsi əməliyyatlarını icra etmək;
– Ofisdaxili təsərrüfatın lazımi səviyyədə saxlanılması üçün əməli tədbirlər görmək;
– Şirkətin əməkdaşlarının ofis ləvazimatları, avadanlıq və digər zəruri ehtiyaclarla (korporativ nömrə, nahar talonu, uniforma və s.) təminatını həyata keçirmək.
Tələblər:
- Yalnız xanım namizədlər;
- Ali təhsilli olmalı;
- Xoş görünüşlü və pozitiv olmalı;
- Müvafiq vəzifə üzrə azı 1 il iş təcrübəsi;
- Komandada işləmə və yüksək idarəetmə bacarığı;
- Məsuliyyət və punktuallıq;
- Təşkilatçılıq bacarığı;
- MS Office proqramlarında işləmə bacarığı.
- Azrəbaycan dili-mükəmməl, rus və ingilis dili biliyi-mütləqdir.
İş şəraiti :
– Əmək haqqı razılaşma əsasında təyin ediləcək;
– Nahar və korporativ nömrə ilə təmin olunma;
– İş rejimi: 6 günlük (şənbə günü qısa iş günü);
– İş yeri: Bakı şəhəri
Xüsusi tələblər:
Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz CV-lərini companthr@gmail.com elektron poçtuna göndərə bilər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.
Qeyd: yalnız azərbaycan dilində göndərilən CV-lər dəyərləndiriləcək.
Oxşar vakansiya siyahısı:
PRO CON İZO MMC İnsan resursları üzrə təcrübəçi (HR intern) vəzifəsi üzrə vakansiya elan edir. ...
GM Construction İnsan resursları üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
SuperToys MMC “İR üzrə Direktor” vakansiyası elan edir ...