Qısa məzmun
Saglam Catering şirkəti İnsan resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
ƏMAS sisteminin idarə edilməsi
- Əmək müqavilələrinin ƏMAS sistemində qeydiyyata alınması, yenilənməsi və ləğv edilməsi
- İşçi məlumatlarının sistemə düzgün daxil edilməsi və mütəmadi yenilənməsi
- İşçilərin vəzifə, maaş və digər əsas göstəricilərində dəyişikliklərin vaxtında sistemə daxil edilməsi
- ƏMAS sistemində yaranan problemlərin həlli üçün aidiyyəti dövlət qurumları ilə əlaqə saxlanılması
- Sistemdə edilən yenilikləri izləmək və tətbiq etmək
İşə qəbul və işdən çıxma proseslərinin idarə edilməsi
- Yeni işçilərin əmək müqavilələrinin rəsmiləşdirilməsi və ƏMAS sisteminə daxil edilməsi
- İşdən çıxan işçilərin əmək müqavilələrinin sistemdə ləğv edilməsi və qanunvericiliyə uyğun sənədləşmə aparılması
- İşçi qəbulu və işdən çıxma ilə bağlı ƏMAS-dan hesabatların çıxarılması və rəhbərliyə təqdim edilməsi
- Sınaq müddətində olan işçilərin müqavilə müddətinin izlənilməsi və zəruri tədbirlərin görülməsi
Məzuniyyətlərin idarə edilməsi və proqramda işlənməsi
- İllik məzuniyyətlərin ƏMAS sistemində qeydiyyata alınması və təsdiqlənməsi
- Xəstəlik vərəqələri və ödənişli / ödənişsiz məzuniyyətlərin sistemdə düzgün qeydiyyata alınması
- Ezamiyyət, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və digər halların ƏMAS sistemində əks etdirilməsi
- İşçilərin məzuniyyət ərizələrinin toplanması və proqramda işlənməsi
- Məzuniyyətlərin qanunvericiliyə uyğun verilməsinin təmin edilməsi və müvafiq sənədlərin hazırlanması
- Məzuniyyət balanslarını izləmək və işçilərə məlumat vermək
Əmək qanunvericiliyinə uyğunluğun təmin edilməsi
- Əmək qanunvericiliyinə əsasən ƏMAS sistemində düzgün əməliyyatların aparılması
- Əmək müqavilələrinin qanunvericiliyə uyğun tərtib olunmasına və sistemdə düzgün qeydiyyata alınmasına nəzarət
- Dövlət orqanları tərəfindən tələblərə uyğun sənədlərin təqdim edilməsi
TƏLƏB OLUNAN BİLİKLƏR VƏ BACARIQLAR
- ƏMAS sistemi ilə iş təcrübəsi və ya öyrənməyə hazırlıq
- Azərbaycan Respublikasının əmək qanunvericiliyi və əmək münasibətləri üzrə biliklər
- HR sahəsində təcrübə (işə qəbul, müqavilə idarəetməsi, sənədləşmə və s.)
- Microsoft Office proqramları, xüsusilə Excel və Word üzrə biliklər
- Dəqiqlik, məsuliyyətlilik və məlumatların məxfiliyinə riayət etmək
- Analitik düşünmə və hesabatlarla işləmə bacarığı
İş şəraiti
- Əmək haqqı: 600-700 azn
- İş yeri: Bakı şəhəri (Yasamal, Almaz park)
- İmtiyazlar: Telefon,nahar
- İş günü: həftədə 5 gün (09:00-18:00)
Office@saglamcatering.az ünvanına şəkilli cvlərinizi göndərə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...