Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Kontakt Home Marketinq üzrə direktor vəzifəsi üzrə vakansiya elan edir. Analoji sahədə ən azı 3 il iş təcrübəsi tələb olunur.
Vəzifələr:
- Zəruri qısa və uzun müddətli fəaliyyəti planlaşdıraraq marketinqin effektivliyinə öz töhvəsini vermək; fəaliyyət növünü və istiqamətini tövsiyyə etmək; direktivləri tətbiq etmək.
- Hər məhsulun marketinq planı və proqramlarını inkişaf etdirərərək bazarda pay əldə etmək; təşviqat kampaniyasını istiqamətləndirmək.
- Bazarın vəziyyətinin araşdırılması, analizi və interpretasiyası yolu ilə qısa və uzunmüddətli proqnozları və hesabatları hazırlamaq.
- İndiki və gələcək bazar tendensiyasını təyin etmək və qiymətləndirməklə hazırki və gələcək məhsullara təsir göstəmək.
- Bazarın inkişaf statistikasının analizinə uyğun olaraq mövcud olan məhsulların istifadəsinin inkişafı; məlumatı əldə etmək və analiz etmək; daxili və xarici mənbələrdən istifadə etmək.
- İllik büdcəni hazırlayaraq maliyyə hədəflərinə çatmaq; xərclərin cədvəlini yaratmaq; doğru addımların atılmasında təşəbbüs göstərmək.
- İşçilərin planlaşdırılması və təyin olunması ilə marketinq departamentinin əməliyyat tələblərini yerinə yetirmək; işin nəticələrini izləmək.
- İşə götürmə, seçim etmə, istiqamətləndirmə və təlimatlandırmaqla marketinqdə işçi qüvvəsini təmin etmək.
- Məlumat, təhsil, təcrübə əldə etmək imkanları yaradaraq marketinq işçilərini inkişaf etdirmək.
- Təhsil yarmarkalarında iştirak etməklə professional və texniki biliklərini təkminləşdirmək; professional dərcləri nəzərdən keçirmək; şəxsi əlaqələrin yaradılması.
- Uğurlu nəticələr əldə edərək komanda işinə öz töhvəsini vermək.
Tələblər:
- İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil;
- Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
- Yüksək analitik düşüncə qabiliyyəti, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
- Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq.
- Strateji təhlil və proqnozlaşdırma, reklam və PR sahələrində zəngin biliklər
- Ünsiyyət, vaxtın idarə olunması, yüksək səviyyədə yazı, dinləmə, tənqidi düşüncə kimi bacarıqlara sahib olmaq.
İş barədə məlumat:
- Əmək məcəlləsinə uyğun sənədləşmə
- Əmək haqqı 5000 AZN-ə dək
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər hr@kontakt.az elektron ünvanına mövzu yerində “Marketinq üzrə mütəxəssis” qeyd edərək CV formasını göndərməklə müraciət edə bilərlər.
Oxşar vakansiya siyahısı:
500 — 601 ₼
SMM mütəxəssisKepro Estetik Klinika SMM mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Aparıcı Rəqəmsal Analitika Mütəxəssisi (Senior Digital Analytics Specialist)
Azərbaycan Hava Yolları QSC Aparıcı Rəqəmsal Analitika Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
1200 — 1500 ₼
Məhsul üzrə menecerKontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
1000₼
Sosial Media MütəxəssisiRam Solutions MMC Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edur. ...