Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AGA Group Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. Komandada işləmək bacarığı olmalıdır.
Satış meneceri
AGA Group 1994-cü ildə təsis edilmiş və İş Mərkəzlərinin idarəsi sahəsində öncülərdən biri olmuşdur. İlk inşa edilən müəssisə Caspian Business Center (1998-ci il) olmaqla, bu gün texnologiya (“Bravo Online Systems” MMC) sahəsi də daxil olmaqla bir çox istiqamətlərdə öz mövqeyini daha da gücləndirir. AGA Group-a daxil olan iş mərkəzləri : Demirchi Tower, Caspian Plaza, AGA Center, Ariana Business Park.
Vəzifələr:
- Şirkətin xidmətlərinin satışını həyata keçirir, yeni müştərilərin araşdırılıb tapılmasını, onlar üçün kommersiya təkliflərinin hazırlanması və müştərilərin cəlb edilməsini həyata keçirir;
- Əməkdaşlıq edilən, eləcə də əməkdaşlığa yeni cəlb edilmiş müştərilər haqqında (rekvizitləri, fəaliyyət sahəsi, əlaqə vasitələri, maddi-məsul şəxsləri barədə məlumatlar daxil olmaqla) məlumat bazasını yaradır;
- Daxil olan zəglərə və e-maillərə korporativ qaydada cavab verir;
- Müştərilərdən daxil olan müraciət və şikayətlərə operativ reaksiya verir, həmçinin Texniki-Təmir və Təmizlik şöbələri ilə müştəriləri əlaqələndirir və nəticələri təqib edir;
- Müştərilərlə əməkdaşlıq müqavilələrin bağlanması və müddətlərinin izlənilməsini həyata keçirir;
- Cari işlərin – aylıq müştəriyə çatacaq müxtəlif növ hesab-fakturaların mühasibatlıqdan təhvil alınaraq paylanılmasını həyata keçirir və həmin hesab-faktura ilə bağlı yaranmış problemlərlə bağlı mühasibatlığa məlumat verir;
- Aylıq olaraq müəyyən olunan mədaxil planına uyğun ödənişlərin yığımını təmin etmək;
- Şirkətlər tərəfindən binaya gətirilən və çıxarılan malların daşınması icazəsi ilə bağlı inzibatçıya məlumat verir;
Tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat, menecment ixtisası üzrə olması üstünlükdür);
- İş təcrübəsi: Müvafiq sahədə minimum 3 il;
- Azərbaycan dilində yüksək səviyyədə danışmaq və yazışmaları aparmaq bacarığı. İngilis dilini bilmək üstünlükdür;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik;
- Yüksək səviyyədə MS Office proqramları, xüsusilə Excel biliyi;
- Komandada işləmək bacarığı;
İş yeri: Caspian Plaza
Tələblərə uyğun namizədlər vakansiya@agagroup.az ünvanına daxil olaraq müraciət edə bilərlər. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlər müsahibəyə çağırılacaqdır.
Oxşar vakansiya siyahısı:
Kontakt Home Onlayn sifariş üzrə məsləhətçi (Sosial media kanallarından)vəzifəsi üzrə vakansiya elan edir. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies Korporativ Satış Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group “Satış Məsləhətçisi” vəzifəsi üzrə vakansiya elan edir ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya üzrə şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Satış koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
"Smile Tour" MMC promoter ( satış təmsilçisi) vəzifəsi üzrə vakansiya elan edir. ...