Qısa məzmun
Ə/h razılaşma yolu ilə. HR Option Korporativ satış mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Dürüstlük, məsuliyyətlilik, çeviklik bacarıqları olmalıdır.
İş haqqında:
- Müxtəlif kanallarla (telefon, e-mail, sosial şəbəkələr və s.) korporativ müştərilərlə əlaqə saxlayıb görüşmək və müştəri bazasını formalaşdırmaq;
- Korporativ müştərilər üçün xidmət təklifi paketi və qiymət təklifini hazırlamaq;
- Şirkətin təklif etdiyi xidmətlərin təqdimatını hazırlamaq və həyata keçirmək;
- Potensial müştəri olan müəssisələrin e-mail, telefon, birbaşa görüş və s. kimi vasistələrlə şirkətin məhsullarına ehtiyac və tələbini üzə çıxarmaq
- Mütəmadi olaraq korporativ müştərilərlə görüşlərin təşkil olunması və xidmətin keyfiyyəti barədə rəylərin öyrənilməsini təmin etmək;
- Gün ərzində keçirdiyi görüşlər və danışıqlar barədə qeydlər aparmaq və hesabatlar hazırlamaq;
- Korporativ satışlar barədə mütəmadi təhlillərin aparılması, müvafiq hesabat və təkliflərin hazırlanmasını təşkil etmək
- Şirkətin təlim və s. kimi fəaliyyətləri ilə bağlı individual müştərilərin suallarını cavablandırmaq, müvafiq paketlərin sərfəli şərtlərlə satışını həyata keçirmək
- Şirkətin strategiyasına uyğun olaraq məlumat bazalarını təmin etmək, yeniləmək və hesabat təqdim etmək;
- Müştərilər üçün müqavilələri hazırlamaq, onların səlahiyyətli şəxslər tərəfindən imzalanmasını həyata keçirmək
- Müştərilərə hesab fakturaları hazırlayıb təqdim etmək və mühasibatlıqla əlaqə saxlayaraq e-qaimələrin göndərilməsinə nəzarət etmək
- Müştərilərdən ödənişlərin vaxtında və razılaşdırılmış həcmdə yığılması üçün onlarla telefon, email və s. kimi vasitələrlə əlaqə saxlamaq və ödənişləri almaq
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə 1 ilə qədər iş təcrübəsi bəyəniləndir.
- Azərbaycan dili (yazılı və şifahi)- yüksək səviyyədə, Rus dili və İngilis dili (üstünlükdür);
- MS Office proqramlarında (Word, Excel, Power point) – yaxşı səviyyədə işləmə bacarığı;
- Dürüstlük, məsuliyyətlilik, çeviklik bacarıqları
- Təhliletmə bacarığı, ünsiyyət və təqdim etmə, problem həlletmə
- Təşəbbüskarlıq, məqsədyönlülük, yenilikçilik bacarıqları.
Uyğun və maraqlanan şəxslər vakansiya ilə əlaqədar info@hroption.az e-mail ünvanına müraciət edə bilərlər.
Oxşar vakansiya siyahısı:
Kontakt Home Onlayn sifariş üzrə məsləhətçi (Sosial media kanallarından)vəzifəsi üzrə vakansiya elan edir. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies Korporativ Satış Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group “Satış Məsləhətçisi” vəzifəsi üzrə vakansiya elan edir ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya üzrə şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Satış koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
"Smile Tour" MMC promoter ( satış təmsilçisi) vəzifəsi üzrə vakansiya elan edir. ...