Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Bakı Taksi Xidməti Çağrı mərkəzi operatoru vəzifəsi üzrə vakansiya elan edir. Ali təhsilə üstünlük verilir.
Vəzifə öhdəlikləri:
- Şirkətin Çağrı Mərkəzinə daxil olan müraciətləri qəbul etmək və daxili sistemdə qeydiyyatını aparmaq;
- qeydiyyata alınmış müraciətləri vaxtında həll etmək və lazım olduğu təqdirdə geri dönüş zənglərini yerinə yetirmək;
- müraciət zamanı şirkətin xidmətləri haqqında ətraflı məlumat vermək;
- müraciətləri aidiyyatı olan şöbələrə yönəltmək və prosesin gedişatına nəzarət etmək;
- Şirkətlə müştəri arasında düzgün koordinasiya yaratmaq;
- xidmətin dayanmasının və müştərilərdən kütləvi müraciətlərin daxil olmasının qarşısını almaq üçün müvafiq sistem proqramlarına nəzarət etmək;
- digər öhdəlikləri yerinə yetirmək.
Namizədə verilən tələblər:
- Ali təhsilə üstünlük verilir
- azərbaycan, rus və ingilis dillərini bilməli
- nitqi aydın və səlis olmalı
- fikrini düzgün şəkildə izah edə bilmək qabiliyyəti olmalı
- müştərilərlə ünsiyyət qurma bacarığı olmalı
- məsuliyyətli, səbrli, stressə davamlı olmalı
- yaş həddi 18-35 həddində olan xanımlar
İş qrafiki: günaşırı, növbəli.
Əmək haqqı: müsahibə əsnasında müəyyən olunur.
Müraciət qaydası: CV-nizi info@btx.az elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını – “Çağrı mərkəzi operatoru” yazmaqla göndərə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
AZ Dizayn Group Kadrlar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Sənədləşmə üzrə kiçik mütəxəssis vakansiyasını elan edir ...
Azdizayn MMC Reception vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h 400 AZN +bonus. Seylab Operator (Soyuq satis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Çağrı mərkəzi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...