Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Mirleks MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. Vergi, əmək qanunvericilikləri üzrə biliklər tələb olunur.
Vəzifələr:
- Vergi, Sosial Müdafiə, Statistika və digər nəzarət orqanlarına aylıq, rüblük, illik hesabatlar və bəyannamələrin hazırlanmasını təmin edilməsi;
- Kameral uyğunsuzluqların yoxlanılması və uyğunsuzluqlara cavabların yazılması;
- Qanunvericilikdə baş verən müvafiq dəyişikliklərin müntəzəm izlənilməsi və Cəmiyyətin bu proseslərə müvafiq qaydada uyğunlaşmasının həyata keçirilməsi;
- Vergi planlaması və vergi risklərinin azaldılmasına dair işlərin aparmılması;
- Uçot sənədlərinin qanunvericiliyə uyğun formada tərtib edilməsinə nəzarət edilməsi və uçotun Cəmiyyətin vergi siyasətinə uyğunluğunun təmin edilməsi;
- Vergi və digər məcburi ödənişlərin düzgün hesablanmasını və vaxtında müvafiq dövlət icra strukturlarına köçürülməsinin təmin edilməsi;
- Vergi və digər Dövlət qurumları ilə yazışmaların və müzakirələrin aparılması;
- Mühasibat uçotu və hesabatı göstəriciləri əsasında Cəmiyyətinin təsərrüfat-maliyyə fəaliyyətinin təhlilinin aparılmasında, qənaət rejiminin və sənəd dövriyyəsinin təkmilləşdirilməsi tədbirlərinin yerinə yetirilməsində, hesablama texnikasının istifadəsi əsasında mühasibat uçotunun proqressiv forma və metodlarının işlənib hazırlanmasında və tərtibində, eləcə də pul vəsaitlərinin, mal-material qiymətlilərinin hesablanması və ödənilmə öhdəliklərinin inventarizasiyasının aparılmasında iştirak etmək;
- Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumatlarının, mühasibat sənədlərinin hazırlanması və saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək;
- Cəmiyyətinin xüsusi mühasibatlıq hesabatlarının hazırlanmasını düzgün formada və tələb olunan vaxt çərçivələrində təmin etmək;
- Birbaşa rəhbəri tərəfindən verilən digər tapşırıqların icrasını yerinə yetirmək;
Təhsil/Təcrübə:
- İqtisadiMühasibatlıqMaliyyə sahəsi üzrə ali təhsil;
- Analoji sahədə min 3 il iş təcrübəsi;
- İdarəetmə təcrübəsi;
- 1C, Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
- e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmə bacarığı
- Vergi, əmək qanunvericilikləri üzrə biliklər;
- Azərbaycan və rus dillərində sərbəst, ingilis dilində orta səviyyədə danışıq, yazmaq və oxumaq qabilliyyəti.
Oxşar vakansiya siyahısı:
Bank Respublika ASC Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya elan edir. ...
Perla mebel Goran mağazasına uçotçu vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Mühasib (Restoran) vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis/ Ekspert vəzifəsinə işə qəbul elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Mikro kredit üzrə kiçik kredit mütəxəssisi (Sumqayıt filialı) vəzifəsi üzrə vakansiya elan edir ...