Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Veysəloğlu Şirkətlər Qrupu Şəxsi Marka Müdiri (Şirniyyat kateqoriyası üzrə) vəzifəsi üzrə vakansiya elan edir.
Şirkət haqqında:
1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020 -ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifə: Şəxsi Marka Müdiri (Şirniyyat kateqoriyası üzrə)
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahədə 5 il iş təcrübəsi
Təhsil: Ali (Marketinq və ya İqtisad yönümlü)
Yaş həddi: 25 – 35 yaş
İşin Təsviri:
- Təsdiqlənmiş marka strategiya, plan və büdcəsi çərçivəsində bütün işlərin icrasından məsuldur. Marka dəyərinin qorunması və müvafiq Keyfiyyət standartları çərçivəsində sifariş edilmiş hər hansı bir məhsulun bazara verilməsi və ya bazardan geri çəkilməsinə qərar verir. İllik büdcə çərçivəsində biznes, marka və məhsul ehtiyacına uyğun bazar araşdırma qərarlarını verir. İllik marketinq fəaliyyət planı və büdcəsi çərçivəsində marka investisiyalarını həyata keçirir.
Vəzifə öhdəlikləri:
- Marka strategiyasının müəyyənləşdirilməsi, Go-to-Market planının hazırlanması və tətbiq edilməsi;
- Məhsul portfelinin müəyyənləşdirilməsi və məhsul miksinin təyin edilməsi;
- Markalaşma strategiyasının hazırlanması, marka investisiyalarının planlaşdırılması, marka dəyərinin yaradılması və artırılması;
- Bazar, istehlakçı, məhsul və rəqabət mühiti araşdırmalarının həyata keçirilməsi;
- Uzunmüddətli portfel strategiyasına uyğun olaraq yeni məhsul və marka yaradılması çalışmalarının həyata keçirilməsi;
- Tələb proqnozlaşdırılmasının müvafiq stukturlarla razılaşdırılması;
- Məhsul qiyməti siyasətinin hazırlanması, qiymət formalaşması zəncirinin idarə edilərək mənfəətliliyin təmin edilməsi;
- Marketinq və ticari marketinq xərc büdcələrinin müəyyənləşdirilməsi, müvafiq strukturlarla çalışaraq marketinq planına uyğun marka investisiyalarının həyata keçirilməsi;
Tələblər:
- Analitik düşünmə və problemləri həll etmə bacarığı;
- Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
- MS Office komputer proqramından sərbəst istifadə etmək bacarığı;
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: recruitment@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Şirniyyat kateqoriyası üzrə Şəxsi Marka Müdiri” yazaraq CV göndərməklə müraciət edilir
Oxşar vakansiya siyahısı:
Kepro Estetik Klinika SMM mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Hava Yolları QSC Aparıcı Rəqəmsal Analitika Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Ram Solutions MMC Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edur. ...