Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Araz Supermarket Təhlükəsizlik rəisi vəzifəsi üzrə vakansiya elan edir. Nahar ilə təmin ediləcəkdir.
Vəzifə öhdəlikləri:
- Obyektin əməkdaşlarının güc və texniki vasitələrinin köməyi ilə qorunan obyektlərin mühafizəsini təşkil etmək;
- Şirkətin obyekt və postlarında mühafizənin səmərəli və dayanıqlı təşkilinə, həmçinin idarəolunmasına birbaşa rəhbərlik etmək;
- Kurasiyasında olan mağaza filiallarında təsdiq edilmiş fəaliyyət planı və iş qrafikinin icra olunmasına nəzarət etmək;
- Təhlükəsizlik qaydaları haqqında mütəmadi olaraq təlim planının hazırlanması, bütün təhlükəsizlik əməkdaşlarına təlimin kçirilməsi;
- Şirkətin idarəetmə orqanları tərəfindən qarşıya qoyulmuş digər vəzifələrin yerinə yetirilməsi;
- Videomüşahidə, siqnalizasiya və yanğın əleyhinə tədbirlər planının işlənib hazırlanması və təliminin keçirilməsi.
Tələblər:
- Ali təhsil;
- Yaş həddi:25-40;
- Təhülkəsizlik sahəsində minimum 3 il rəhbər vəzifəsində iş təcrübəsinin olması;
- Stres altında işləməyi və stres vəziyyətlərdə qərar qəbul etməyi bacarmalı, baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək bacarıqlarının olması;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
- İdarəetmə qabiliyyəti yüksək səviyyədə olmalı;
- Diqqət, analiz etmək, ünsiyyət bacarıqlarının olması;
- MS Office proqramları biliyi;
- Şəxsi avtomobil və sürücülük vəsiqəsinin olması.
- Əlavə dil biliyi olanlara üstünlük verilir.
Təminatlar:
- Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərcləri qarşılanır;
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 6 günlük iş qrafiki;
- Korporativ mobil nömrə.
Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “Təhlükəsizlik rəisi” adını mövzu hissədə qeyd etməklə CV formalarını cv@retail.az elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Videomonitorinq üzrə mütəxəssis
Azdizayn MMC Videomanitorinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...