Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Emsa Baku İR Meneceri vəzifəsi üzrə vakansiya elan edir. İnglis ve Rus dili bilgisi üstünlükdür.
İş haqqında məlumat:
- İşçilərin şəxsi işlərini hazırlayır və formalaşdırır, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri qeyd edir;
- Əmək qanunvericiliyinə, əsasnamə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad olunmalarını rəsmiləşdirir;
- Əmək müqavilələrini doldurur və tərəflərin arasında imzalanmasına nəzarət edir;
- İş stajının hesabını aparır, işçilərin hazırkı və keçmiş fəaliyyəti haqqında arayış verir;
- İş vaxtının istifadəsi cədvəlinin hazırlayır və gündəlik qeydləri aparır;
- İşçilər tərəfindən təqdim olunmuş “Əmək qabiliyyəti olmamaq vərəqəsi”ni qəbul edir, yoxlayır, insan resurslarına aid olan bölməni doldurur;
- İşçilərə məzuniyyətlərin verilməsinin qeydiyyatını aparır, növbəti il üçün məzuniyyət qrafikinin tərtib olunmasında iştirak edir;
- Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunu aparır;
- Əmək üzrə perspektiv və illik planların işlənib hazırlanmasında iştirak edir;
- İşçilərin gündəlik davamiyyətlərinə nəzarət edir və rəhbərliyə hesabat verir;
- Daxili sənəd dövriyyəsini icra edir;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirir.
- İş saatları (iş rejimi): 09:00 – 18:00, şənbə günü 09:00-13:00
Namizədə tələblər:
- İş təcrübəsi: İnsan Resursları üzrə minumum 2 il iş təcrübəsi.
- Təhsili/ixtisası: Menecment, İqtisadi sahələr üzrə ali təhsil tələb olunur.
- Dil bilikləri:inglis ve Rus dili bilgisi ustunlukdur.
- Kompüter bilikləri: Ofis proqramları (excell irəli səviyyədə).
- Əmək haqqı – Razılıq əsasında
- İş yeri ünvan – Bəşir Bünyadov 1
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...