Qısa məzmun
Ə/h 300-350 AZN. Azerimed Əczaçı vəzifəsi üzrə vakansiya elan edir. Satışdan bonuslar da olacaqdır.
İş barədə məlumat:
- Müştərilərə məhsulun seçimində köməklik göstərilməsi
- Dərman preparatları və tibbi ləvazimatların satışı prosesinin həyata keçirilməsi
- Aptekə gələn malların yoxlanılması, tərkiblərinə uyğun tələb olunan qaydada yerləşdirilməsi;
- Dərmanların saxlanılma şəraitinə mütəmadi olaraq diqqət edilməsi
- Məhsulların yararlılıq müddətinə, qalıq sayına nəzarət edilməsi
- Sifarişin dəqiq və vaxtında yerinə yetirilməsi
Namizədə tələblər:
- Tibb təhsili (Ali və ya orta ixtisas);
- Müvafiq sahədə iş təcrübəsi üstünlükdür (Tələbələrə təcrübə imkanları yaradılır)
- Azərbaycan dilini əla səviyyədə bilməli, rus dilini bilməsi arzu olunandır;
- Ms Office proqramlarını bilməsi arzu olunandır;
Şəxsi keyfiyyətlər:
- Yüksək səviyyədə kommunikasiya bacarığı;
- Stres altında işləmək bacarığı;
- Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalıdır.
İş şəraiti:
- İş qrafiki: 3 növbə(09:00-16:00; 16:00-23:00; gecə növbəsi)
- Əmək haqqı: 300-350 AZN, əlavə olaraq satışdan bonus.
Üstünlüklərimiz:
- İşçilər Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəsmi qeydiyyata alınır.
- Şirkətdə karyera yüksəlişi və müxtəlif perspektivlər mövcuddur.
- Şirkət daxilində farmokoloji biliklərin inkişafı məqsədilə təlimlər və xidmət texnikalarının yüksəldilməsi üçün treninqlər keçirilir.
- Tələbələrə təcrübə imkanları yaradılır.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Əczaçı” qeyd edərək CV formasını cv@azerimed.com elektron ünvanına göndərməyiniz xahiş olunur.
Əlaqə nömrəsi: 055 455 84 04
Oxşar vakansiya siyahısı:
Tibb bacısı
Hajigabul Poultry Farm Company Tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...