Qısa məzmun
Ə/h 1200-1500 AZN. Melissa Group İnsan Resursları şöbəsinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.İşəqəbul prosesinin əsas qaydalarını bilməlidir.
İş barədə məlumat:
- Kadrlara olan tələbin müəyyənləşdirilməsi, vakansiyaların elan edilməsi və uyğun namizədlərin seçilməsi;
- Kadr bazasının yaradılması, işçilər barədə hesabatların tərtib edilməsi, işçi axını və səbəblərinin müəyyənləşdirilməsi, axının aradan qaldırılması üçün tədbirlər hazırlamaq və həyata keçirtmək;
- İşəqəbul və oriyentasiya planının hazırlanması, plana uyğun olaraq yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsi;
- Xidməti fəaliyyətin qiymətləndirilməsi prosedurunun hazırlayıb həyata keçirilməsi;
- Şirkətin liderlik potensialının inkişafı və təşkilati strukturun yaradılması, vəzifə təlimatlarının yaradılması yenilənməsində iştirak və bu prosesin təşkil edilməsi;
- Təlim zəruriyyətinin aşkarlanması və təlim planının hazırlanması və inkişafetdirici tədris təşəbbüslərinin koordinasiya olunması, xidməti fəaliyyətin qiymətləndirilməsi (KPİ, target, evaluation) prosesinin təşkil edilməsi və həyata keçirilməsi;
- İnsan Resursları Departamentinin büdcəsinin planlaşdırılması və nəzarət olunması
- Müəssisədaxili intizam qaydalarına, prosedura və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına davamlı olaraq nəzarətin aparılması;
- Ştat cədvəlinin hazırlanması və daimi olaraq nəzarətin aparılması
- İşdən çıxış müsahibə formunun və təhvil təslim prosesinə nəzarət olunması;
- İşçilərin şəxsi işlərinin məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;
- Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və dövlət orqanlarına təqdim olunması;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək muqavilələrinin, Elektron Hökumət Portalına daxil edilməsi, sosial sığorta şəhadətnamələrinin sifariş olunması işlərinin şöbə əməkdaşları tərəfindən icrasına nəzarətin edilməsi;
- Məzuniyyət qrafiklərinin, işəqəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərinin tərtib edilməsinə nəzarət.
- Sosial müavinətlərin hesablanması işçi davamiyyətlərinin icrasına nəzarət;
- İşçilərin icbari sığortasının həyata keçirilməsi;
- İnsan resursları departamentinə aid hesabatların tərtib edilməsi və rəhbərliyə və ya şöbələrə təqdim edilməsi;
- Birbaşa rəhbərinin tapşırıqlarının yerinə yetirilməsi
- İş vaxtı saat 9:00-18:00
- İş günləri həftənin1-6-cı günləri
Əməkhaqqı 1200-1500 manat
Tələblər:
- AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
- İnsan resurslarının idarə olunması, funksiyaları, prosedurları haqqında mükəmməl biliyə malik olmalı;
- İşəqəbul prosesinin əsas qaydalarını bilməli;
- Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı;
- Menecment, psixologiya və ya insan resursları sahəsində ali təhsil;
- Azərbaycan və rus dillərini yüksək səviyyədə bilməli;
- MS Office proqramlarını, xüsusilə MS Excel proqramını yaxşı səviyyədə bilməli;
- İnsan resursları sahəsində minimum 3 il iş təcrübəsi olmalı.
Qeyd olunan tələblərə uyğun olan namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “İR Rəhbər” qeyd etməklə hr@melissagroup.az elektron ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
650₼
İnzibati işlər üzrə kiçik mütəxəssisA - Group Insurance Company İnzibati işlər üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...