Qısa məzmun
Ə/h 600 AZN + Bonus. General Supply LLC İnsan Resursları üzrə Administrator vəzifəsi üzrə vakansiya elan edir. Office programları üzrə biliklər tələb olunur.
General Supply – dünyanın hər yerində təchizat zənciri, logistika, avadanlıq kirayəsi və saxlama kimi xidmətlər göstərən şirkət qismində tanınır. Komandamıza İnsan Resursları üzrə Administrator (Retail) vəzifəsinə təcrübəli, ixtisaslı işçi tələb olunur.
Əsas vəzifə və öhdəliklər:
- Yaranmış vakansiyalar üzrə elanların paylaşılması;
- Elan olunan vakansiyalar üzrə namizədlərin axtarışı;
- E-sosial.az portalında vakansiyaların qeydiyyatı;
- Əmək qanunvericiliyinə uyğun işçilərin işə qəbulu, bir vəzifədən digər vəzifəyə keçidi, azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi;
- E-gov.az hökumət portalında əmək müqavilələrinin qeydiyyata salınması;
- Şəxsi işlərin formalaşdırlması və uçotunun aparılması;
- Məzuniyyət qrafiklərinin tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq;
- Kadrların aylıq uçot-tabellərinin icra edilməsi;
- İşçilərə əmək qanunlarının tələbləri çərçivəsində cari və keçmiş əmək fəaliyətləri haqqında arayışlar vermək, kadrlar üzrə müəyyən olunmuş sənədləri icra etmək;
- Kadr Karguzarlığı ilə əlaqəli digər rəsmiləşdirilmələrin aparılması;
Namizədə qarşı tələblər:
- Ali Təhsil;
- İR sahəsində 1-2 il iş təcrübəsi;
- Retail sahəsində iş təcrübəsi mütləqdir;
- Azərbaycan,ingilis və rus dillərini əla səviyyədə bilməli;
- AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
- Office programları üzrə biliklər;
- Təzyiq altında işləmə bacarığı;
- Komanda ilə işləmə bacarığı;
Əmək haqqı: 600+ AZN
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@gsupplyllc.com elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “IR Administrator(Retail)” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...