Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Respublika Diaqnostika Mərkəzi Həkim-mama-ginekoloq vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə üzrə öhdəliklər:
- Müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin stasionar şəraitində aparılması taktikasınını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən edir, fizioloji və patoloji doğuşları aparır.
- Zərurət yarandığı halda təcili və təxirəsalınmaz mamalıq yardımı göstərir, o cümlədən aidiyyəti üzrə cərrahi müdaxilələri həyata keçirir.
- Stasionarda xəstəyə gündəlik baxış keçirir. Pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik edir və əlavə müayinə metodlarının zəruriliyini müəyyən edir.
- Müalicə-profilaktika müəssisəsinin başqa bölmələrinin həkimlərinə öz ixtisası üzrə məsləhət verir.
- Ginekoloji xəstəliklərin, hamiləlik və doğuşların, doğuşdansonrakı dövrün fəsadlarının qarşısının alınması və azaldılması üzrə profilaktik tədbirlərin keçirilməsində iştirak edir.
- Ailə planlaşdırılması və reproduktiv sağlamlıq məsələləri üzrə işi təşkil edir.
- Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir.
- Sanitar-maarifləndirmə işini aparır.
- Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır.
- Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir.
Tələblər:
- Ali tibbi təhsil
- İxtisası üzrə ən azı 3 il əmək stajına malik olmalıdır;
- Azərbaycan Respublikası Qanunvericiliklə müəyyən edilmiş qaydada “mama-ginekologiya” ixtisası üzrə peşə hazırlığı keçməlidir;
- Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak etməlidir,və həminkursların sertifikatına malik olmalıdır;
- Azərbaycan Respublikasının Səhiyyə haqqında qanunvericiliyinin əsaslarını bilməlidir və digər normativ hüquqi aktları barədə məlumatlı olmalıdır;
- Azərbaycan Respublikasının Konstitusiyası üzrə ümumi biliklərə malik olmalıdır;
Maraqlananlar CV-lərini hr@rdm.az ünvanına “mövzu” yerində “Həkim-mama-ginekoloq” qeyd edərək göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Tibb bacısı
Hajigabul Poultry Farm Company Tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...