Qısa məzmun
Ə/h 1000-2000 AZN. Karvan – L İcraçı direktor ( Bakı, Ağstafa ) vəzifəsi üzrə vakansiya elan edir.Təşəbbüskar, qərar qəbul etmə bacarığı olmalıdır.
İş barədə məlumat:
- Direktora şirkətin fəaliyyətinin təminatı üzrə işlərin həyata keçirməsi üçün rəylər təqdim etmək.
- Direktorun göstəriş və tapşırıqlarına müvafiq olaraq şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək.
- Direktorun qərarlarının icrasına nəzarət etmək.
- Direktorun göstərişi ilə İcraçı Direktor səlahiyyətlərinə bilavasitə aid olan digər vəzifələri yerinə yetirmək.
- Şirkətin iclas və müşavirələrində iştirak etmək, habelə göstərilən iclas və müşavirələrin yekunları barədə şirkətin direktoruna yazılı və ya şifahi şəkildə məruzə etmək.
- Şirkətin direktoruna lazım olan məlumatları şirkətin quruluş bölmələrindən, onun əmr və göstərişlərinin icraçılarından əldə etmək, zəruri hallarda, əldə edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək və təhlil etmək.
- İş günləri: Həftənin 5 günü, saatı: 9:00 – 18:00, istitahət şənbə- bazar günü.
Namizədə tələblər:
- Ali təhsil
- İş təcrübəsi: Müvafiq sahədə azı 3-5 il iş təcrübəsi, (İstehsalat və mexanika sahəsinədən anlayışı olanlara üstünlük verilir),
- Azərbaycan dilində sərbəst yazı və danışıq qabiliyyəti (ingilis və rus dilləri arzu olunandır);
- Kompüter bilikləri;Microsoft Office
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməli
- İqtisadiyyatın, eləcə də istehsalatın, əməyin, idarəetmənin təşkilinin əsaslarını bilməli
- Güclü qavrama qabiliyyətinə malik olmaq, müasir onlayn ticarət təfəkkürünü dərk etmək;
- Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
- Təşəbbüskar, qərar qəbul etmə bacarığı;
- Msuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Ünsiyyət qurmaq, kollektivdə işləmək və yaxşı komanda rəhbəri olmaq bacarığı;
- səriştəli, müvafiq normativ sənədlərin, qaldırılan məsələlərin və edilən müraciətlərin kimə aid olduğunu təyin edə bilən, 3 ildən az olmayan təcrübəsi olan şəxslər
- Bakı şəhəri üzrə İcraçı direktor üçün əmək haqqı : 1000-1500 AZN
Ağstafa rayonu üzrə İcraçı direktor üçün məkdaqqı : 2000AZN
Ünvan:
- Bakı şəh. Nobel pr. 22/32
- Ağstafa ray. Həsənsu kəndi.
Maraqlanan şəxslərdən xahiş olunur ki CV formasını hr@karvanl.com ünvanına göndərsinlər . Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (İcraçı direktor) göstərin. Əks təqdirdə belə müraciətlərin namizədliyinə baxılmayacaq.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...