Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Yelo Bank Gəncə filialının SME kreditlər üzrə mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Biznes müştərilərin bankın məhsul və xidmətlərinin xüsusiyyətləri və üstünlükləri barədə məlumatlandırılması;
- Biznes müştərilər üçün məhsul və xidmətlər üzrə kommersiya təklifinin hazırlanması;
- Bankın məhsul və xidmətlərinin biznes müştərilərə satışının həyata keçirilməsi (Gəncə və ətraf rayonlarda);
- Biznesin olduğu yerə məcburi baxış (tələb olunursa) keçirilməklə və maliyyə-təsərrüfat fəaliyyəti qiymətləndirilməklə potensial müştərilərin maliyyə-iqtisadi təhlilinin aparılması.
Tələblər:
- Ali təhsil;
- AR-in banklar və bank fəaliyyəti haqqında qüvvədə olan qanunvericiliyi, AR MB-nin filialların və kredit təşkilatlarının bölmələrinin fəaliyyət məsələləri üzrə normativ sənədləri, əmək qanunvericiliyi haqqında bilik;
- Bank sisteminin quruluşu və bank işinin əsasları haqqında bilik;
- Komanda ilə işləmək bacarığı;
- Microsoft office, bank və digər xüsusi proqramlar haqqında bilik.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Sınaq müddətini uğurla tamamladıqdan sonra Könüllü tibbi sığorta proqramına qoşulma;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun işə qəbul və iş qrafiki.
Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz hərəkətlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda Gəncə filialının SME kreditlər üzrə mütəxəssisi vakansiyasını elan edirik. Gələcək karyera imkanlarınızı doğru şəkildə qurmaq istəyirsinizsə, Yelo bank sizə bu arzunuzu reallasdırmağa dəstək olacaq.
Siz elektron poçtun “mövzu” yerinə “Gəncə filialının SME kreditlər üzrə mütəxəssisi” qeyd etməklə öz tərcümeyi-hallarınızı (cv-lərinizi) training@yelo.az ünvanına göndərə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Rabitəbank Masallı filialı üzrə Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Yasamal filialına Mikro və aqro kreditlər üzrə mütəxəssis/ aparıcı mütəxəssis/ baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Kaan International Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Fond kreditlərinin satışı üzrə aparıcı/baş mütəxəssis/bölmə rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Sifarişlərin təhlili və strukturlaşdırılması şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi/böyük mütəxəssisi vəzifəsi üzrə vakansi ...
Expressbank ASC Girovları qiymətləndirilməsi və nəzarəti bölməsi/mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya elan edir. ...
Perla mebel Goran mağazasına uçotçu vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...