Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Master Builders Solutions Azerbaijan Müştəri xidmətləri üzrə kiçik mütəxəssis ( Sumqayıt şəhəri ) vəzifəsi üzrə vakansiya elan edir.
Bu vəzifə üzrə əsas tələblərimiz:
- Ali təhsil;
- Gərgin iş qrafikində işləmək bacarığı;
- Yüksək ünsiyyət qabiliyyətinin olması;
- Gülərüz, səbrli, komandada işləmək bacarığı;
- Microsoft Office proqramından mükəmməl istifadə bacarığı;
- Azərbaycan dilini səlis bilməsi;
- İngilis dili bilikləri yüksək olan namizədlərə üstünlük veriləcəkdir.
Müştəri xidmətləri üzrə kiçik mütəxəssisin vəzifələri:
- Müştərilərdən və satış departamentindən sifarişləri qəbul edərək, anbarda mövcudluğunu yoxlayaraq, sifarişləri təsdiqləyir;
- Sifariş edilən malların qiymətlərini müvafiq əsaslarda (qiymət listəsi, qiymət razılaşdırma protokolu və digər) yoxlayır və rəhbərliyə məlumat verir;
- İstehsalat proseslərindən topladığı məlumatları vaxtında və doğru şəkildə satış şöbəsinə və müştərilərə çatdırır;
- Məhsulların daşınması və sifarişlərin çatdırılması üçün istifadə olunan bütün nəqliyyat vasitələrinə nəzarət edir və təhvil-təslim prosesini təşkil edir, proaktiv sifarişçilərinin monitorinqini aparır, sifarişlər və onların çatdırılma müddəti ilə bağlı müştəriləri daimi məlumatlandırır;
- Kreditor və debitor borclara nəzarət edir, vaxtı çatan borcların ödənməsini təmin edilməsinə köməklik göstərir;
- Daxili qaydalara əsasən müştərilərlə yazışmaların aparılması, problemli müştərilər haqqında satış müdirini məlumatlandırır;
- Müştəri üzrə qeyri-uyğunsuzluqları satış departamenti ilə razılaşdırır;
- Müntəzəm olaraq satış departamenti ilə informasiya mübadiləsini aparır;
- Satış proseduruna uyğun məhsullar, onların funksiyaları, iş mexanizmi, zəmanət şərtləri və servis xidməti haqqında tam, hərtərəfli məlumatlar verir, satış prosesi sona çatana qədər müştərini müşayiət edir;
- Müştəri şikayətlərinin həlli və minimum həddə çatdırılması üçün lazımı tədbirlərin görür.
Kişi namizədlərə üstünlük veriləcək.
İş qrafiki: 08:30 – 17:30
Ünvan: Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, (Nasosnı)
Tərcümeyi-halınızı 30 iyul 2020-ci il tarixindən gec olmamaq şərti ilə konul.tiz@mail.mbcc-group.com elektron ünvanına subject/mövzu hissəsində “Müştəri xidmətləri üzrə kiçik mütəxəssis” qeyd etməklə göndərə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
AZ Dizayn Group Kadrlar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Sənədləşmə üzrə kiçik mütəxəssis vakansiyasını elan edir ...
Azdizayn MMC Reception vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h 400 AZN +bonus. Seylab Operator (Soyuq satis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Çağrı mərkəzi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...