Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Turan MMC Korporativ Satış üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.Sürücülük vəsiqəsi B kateqoriyası olmalıdır.
Turan MMC 15 ildən artıqdır ki, BP-nin Castrol markasının commercial vehicles ve industrial oils official disrtributorudur. Bu müddət ərzində şirkətimiz ölkəmizin dövlət və özəl sektorunda bir çox önəmli şirkətləri ilə uğurlu iş birliyi yaratmışdır. Öz iş fəaliyyətini genişləndirmək məqsədi ilə şirkət mövcud sektorlarda korporativ müştərilərlə çalışacaq satış üzrə mütəxəssis vakansiyası üzrə müsabiqə elan edir,
Vəzifə: Korporativ Satış üzrə mütəxəssis
Əsas vəzifələr:
- Korporativ satış ilə bağlı bazar araşdırmasının aparılması, rəqiblər və bazar haqqında informasiyaların aylıq hesabatın hazırlanması və buna uyğun satış strategiyasının tətbiqi .
- Yeni korporativ müştərilər cəlb etmək və mövcud muştərilərlə iş fəaliyyətini genişləndirmək
- Aylıq iş planına uyğun müştəri ziyarətləri və satış hədəflərinə nail olmaq
- Şirkətin məhsullarının texniki xarekteristikalarının mükkəmməl öyrənilməsi
- Müştərilərlə görüşlərin keçirilməsi, təqdimat və təkliflərin hazırlanması
- Hər ayın sonu satış planının icrası ilə bağlı hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
Namizədə olan tələblər:
- Yüksək ünsiyyətqurma və danışıq aparma qabiliyyəti
- İşdə dəqiqlik və detallara fikir vermə məsuliyyəti
- Komandada işləmək bacarığı, çeviklik, məsuliyyətlilik və şirkətin missiyasına sadiqlik.
Tələb olunan təhsil və iş tələbləri:
- Ali təhsil ( Azərbyacan Neft Akademiyasının məzunlarına üstünlük veriləcək)
- Azərbaycan və ingilis dillərində sərbəst danışıq ve yazışma bacarığı
- Minimum 3 il korporativ müştərilər üzrə iş təcrübəsi
- MS Word, Excel və Outlook proqraminda sərbəst işləmək bacarığı
- Namizədə olan yaş həddi tələbi -30-45
- Sürücülük vəsiqəsi B kateqoriyası
Şirkətin təklifləri :
- İ qrafiki- I-V günləri (9:00-18:00), şənbə (yarı iş günü )
- Azərbaycan Respublikasinin Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
- Nahar yeməyi şirkət tərəfindən verilir
- İş prosessində nəqliyyat vasitəsi ilə təminat
- Korporativ nömrə ilə təmina
- Əmək haqqı razılığa əsasən + satışdan bonus
- Biliklərin artırılması məqsədi ilə ölkə daxilində və ya xaricdə texniki treninqlər.
- Gənc və işgüzar kollektiv.
Oxşar vakansiya siyahısı:
İnci Group Of Commpanies Merçandayzer ( Sumqayıt ərazisi üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Onlayn sifariş üzrə məsləhətçi (Sosial media kanallarından)vəzifəsi üzrə vakansiya elan edir. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies Korporativ Satış Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group “Satış Məsləhətçisi” vəzifəsi üzrə vakansiya elan edir ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya üzrə şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Satış koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
"Smile Tour" MMC promoter ( satış təmsilçisi) vəzifəsi üzrə vakansiya elan edir. ...