Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Sumgait Technologies Park LLC Xidməti nəqliyyat bölməsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifənin adı: Maliyyə departamenti, Avtoparkın idarəolunması şöbəsi, Xidməti nəqliyyat bölməsinin müdiri
Tabeçilik: Struktur bölmə rəhbərinə
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Xəttlərdə olan avtomobil sürücülərinin işinin təşkil edilməsinə, onların növbə planlarını və daşımalar üzrə tapşırıqlarının yerinə yetirilməsinə nəzarət etməli;
- Bütün nəqliyyat vasitələrinin hərəkətini tənzimləyən dispetçer məntəqələrinin işinə nəzarət etməli;
- Xəttlərdə olan minik avtomobillərinin, avtobusların təhlükəsiz hərəkətini təmin etmək üçün zəruri tədbirlərin görülməsi;
- Daşımalara razılaşdırılmış əməli rəhbərliyi təmin etmək üçün sifarişçilərlə, yükləmə-boşaltma məntəqələri ilə, dispetçerlərlə daima əlaqə saxlamalı;
- Sürücülər tərəfindən işin yerinə yetirilməsi əks olunmuş yol vərəqələrini və digər sənədləri qəbul etməli, doldurmalı və verməli, onların düzgün rəsmiləşdirilməsini yoxlamalı;
- İstismarda olan nəqliyyat vasitələrinin sürücülərinin, eləcə də istehsalat sahələrinə təhkim olunmuş maşinist və operatorların iş saatlarına riayət etmələrinə daima nəzarət etməli.
TƏHSİL/TƏCRÜBƏ:
- Ali təhsilli;
- Analoji sahədə ən azı 5 il iş təcrübəsi;
- MS Office proqramlarını bilməli;
- Azərbaycan və rus dillərini bilməli;
- Məsuliyyətli, işə ciddi yanaşan, dürüst olmalı
ƏLAVƏ MƏLUMATLAR:
- Əmək haqqı razılaşma əsasında;
- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 – 18:00, 5 günlük iş həftəsi;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir;
- Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Bölmə müdiri” yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunur.
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
“STP” MMC irqi, rəngi, dini, cinsi, milli mənşəli, yaşı, əlilliyi və genetikası nəzərə alınmadan bütün işçilərinə və müraciət edənlərə bərabər iş imkanlarını təqdim edir. Dövlət qanunlarının tələblərinə əsasən, “STP” MMC-yə istənilən ərazidən müraciət edən namizədlərin/işçilərin işə qəbulunda ayrı-seçkilik etmir və bunu qayda-qanunlara uyğun olaraq həyata keçirir. Bu siyasət işə qəbul, işə götürmə, yerləşdirmə, vəzifə artımı, xitam vermə, geri çağırılma, yerdəyişmə, icazə, kompensasiya və təlim daxil olmaqla bütün qayda və şərtlərinə şamil olunur.
Oxşar vakansiya siyahısı:
Mətanət A Sürücü vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Sürücü vəzifəsi üzrə vakansiya elan edir. ...
Starex Logistika koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...