Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azərbaycan Beynəlxalq Bank Modelləşdirmə risklərinin idarə edilməsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
ABB” ASC Risklərin idarə edilməsi departamentinin Əməliyyat risklərinin idarə edilməsi şöbəsinə Modelləşdirmə risklərinin idarə edilməsi üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis vakansiyasını elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
- Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq;
- Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
- Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat
Görəcəyiniz işlər:
- Modelləşdirmə alətləri üzrə riskləri müəyyən etmək, qiymətləndirmək, tənzimləmək və nəzarət altında saxlamaq;
- Yüksək keyfiyyətli risk modellərinin tətbiqi komponentlərini / çərçivələrini layihələndirmək və həyata keçirmək;
- Bankın əsas göstəricilərinin statistik modelləşdirilməsi və proqnozlaşdırılması üzrə təkliflər vermək;
- Yeni və ya mövcud olan modelin keyfiyyətinin yüksəldilməsi üçün aktiv şəkildə araşdırma aparmaq;
- Mövcud olan modelləri təkmilləşdirmək;
- Ümumi Bank səviyyəsində tətbiq olunan modelləri risk müstəvisində qiymətləndirmək;
- Riyazi və statistik metodlardan istifadə etməklə riskləri qiymətləndirmək;
- Şöbənin fəaliyyət istiqamətləri çərçivəsində dövri olaraq hesabatlar hazırlamaq.
Bizim üçün ideal namizəd:
- Ali təhsilli (Statistika, Riyaziyyat, İnformatika, Ekonometrika, Riyazi maliyyə və ya İqtisadiyyat sahəsi üzrə);
- Statistik və ya riyazi modelləşdirmə sahəsində minimum 3, müvafiq sahə üzrə minumum 1 il iş təcrübəsi olan;
- Azərbaycan dilini əla, ingilis və rus dilini yaxşı səviyyədə bilən;
- Riyazi və texniki məlumatları analiz etmək və dəyərləndirmək üçün analitik bilikli olan;
- Məlumat strukturlarının, alqoritmlərin və riyazi problemlərin həlli üzrə bacarıqlı olan;
- İnkişaf etdirilən modelləşdirmə, yüksək rəqəmsal və qabaqcıl məlumatların təhlili üzrə anlayışı olan;
- Front-end və ya Back-end kodlaşdırma təcrübəsi və SQL biliyinin olması üstünlükdür;
- BPM, Bİ, Flexcube və s bank proqramları ilə tanışlığının olması üstünlükdür;
- Python və ya / R və ya / SAS və ya / MATLAB – ın hər hansı birinin istifadəsi bacarığına malik olan bir şəxsdir
Axtardığımız ideal namizəd sizsinizsə CV-nizi cv@ibar.az elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Modelləşdirmə riskləri üzrə vakansiya” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
We are looking for a Frontend Developer to join our dynamic and globally expanding startup. Requirements: Programming Language: Typescript Technologies: HTML5, CSS, SCSS, ...
Kontakt Home QA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası İT mütəxəssisi vəzifəsi üzrə vakansiyasi elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...