Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Modenis LLC eManat İT təhlükəsizlik inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. Nahar yeməyi şirkət tərəfindən verilir.
Vəzifə öhdəlikləri:
- İnformasiya sistemlərinin müdafiəsi üsullarının tətbiqi;
- Müəssisənin informasiya təhlükəsizliyi tələblərinə və qəbul edilmiş beynəlxalq standartların tələblərinə görə infrastruktur resursuna tətbiqlərin həyata keçirilməsi;
- İnformasiya təhlükəsiyiliyini təmin edəcək həllərin infrastrukturda testi və tətbiqinin aparılması;
- Sistem və şəbəkə səviyyəsində insidentlərin müəyyən edilməsi və zəifliklərin aşkar olunması üçün ilkin səviyyəli sızma testlərinin aparılması;
- Şəbəkə təhlükəsizliyini təmin edəcək həllərin mövcud infrastukturda tətbiqi və idarə edilməsi;
- İT İnfrastrukturu üzrə monitorinqdən toplanan təhlükəsizlik loqlarının emalı işinin aparılması;
- “Windows” və “*NİX” əməliyyat sistemlərində inzibatçı səviyyəsində işlərin görülməsi;
- Mövcud “Firewall”-ların idarə edilməsi və resurs haqqında hesabatların hazırlanması;
- “IPS/IDS” sistemlərinin idarə edilməsi və resurs haqqında hesabatların hazırlanması;
- “E-mail” təhlükəsizliyi sisteminin qurulması və idarə edilməsi;
- Antivirus həllərinin qurulması,idarə edilməsi və monitorinqi;
- Şəbəkə, sistem və proqram təminatı üzrə monitorinq sistemlərinin qurulması və idarə edilməsi;
- İnformasiya təhlükəsizliyinin texniki sahəsi üzrə digər işlərin görülməsi;
- Resursların planlaşdırılmasında iştirak və təkliflərin irəli sürülməsi;
- Bulud infrastrukturlarında informasiya təhlükəsizliyini təmin edən həllər üzrə testlərin aparılması və tətbiqin həyata keçirilməsi;
- İstifadəçilərin İnformasiya təhlükəsizliyini təmin edən resurslarda tələbnamələri üzrə tətbiqin həyata keçirilməsi;
- İT resursları üzrə monitorinq sisteminin daimi izlənməsi və yeni resursların əlavə edilməsi;
- İnformasiyanın qorunması üzrə texniki vasitələrin test edilməsi, tətbiqi və istismarı;
- İnformasiya sistemlərinin zəifliklərinin və onlara qarşı olan təhlükələrin aşkar olunması və təhlili, bunların qarşısını almaq üçün
- dbirlərin həyata keçirilməsində tələblərin irəli sürülməsi;
- İT infrastrukturu obyektlərinin dövrünün bütün mərhələlərində (layihələndirilməsi, hazırlanması, tətbiqi, sınaqdan keçirilməsi, qəbulu, istismarı və istismardan çıxarılması) informasiya təhlükəsizliyinin təmin olunması məsələləri üzrə tələblərin irəli sürülməsi;
- İnformasiya təhlükəsizliyi insidentlərinin aşkar olunması, təhlili və onların təhqiqatında tələblərin irəli sürülməsi və icrasında həll yollarının tərtibi;
Namizədə qoyulan tələblər:
- Kompüter Elmləri, İnformasiya Sistemləri üzrə bakalavr və ya magistr dərəcəsi
- Ən azı 2 il iş təcrübəsi;
- Komanda şəklində işləmə bacarığı;
- Analitik təhlil bacarığı
- Xarici dil səviyyəsi: İngilis dili– Intermediate, Rus dili – B1. ;
- NGFW, WAF, SIEM, DLP, Antivirus və digər İT təhlükəsizliyi həlləri üzrə praktiki iş təcrübəsi və biliklər
- TCP / IP, ümumi şəbəkə port və protokolları, trafik axını, OSI modeli, və ümumi təhlükəsizlik elementləri üzrə biliklər
- Təhlükəsizlik standartları və təcrübələri sahəsində biliklər
- Müvafiq sahə üzrə sertifikatları olması arzu olunandır
İş şəraiti:
- Ofis daxili;
- İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
- Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar yeməyinin verilməsi;
- “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;
- Dəyişkən əməkhaqqı sisteminin tətbiq edilməsi (aylıq bonuslar).
Maraqlananlardan xahiş olunur öz CV-lərinizi cv@modenis.az email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq.
Göndərilən CV-lərdə mövzu adı yerində “İT təhlükəsizlik inzibatçısı” yazılmalıdır.
Oxşar vakansiya siyahısı:
https://qlor.me/m7byl3sgdk Təsvir Ensure the bank’s information security; Regularly check and evaluate networks and systems to identify security vulnerabilities; M ...
İnci Group of Companies Helpdesk vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə kiçik mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Yelo Bank ASC Korporativ idarəetmə üzrə kiçik mütəxəssis / mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Aztelekom MMC QA Manager vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Aparıcı proqramçı (PL/SQL üzrə) vəzifəsinə işə qəbul elan edir. ...
Xalq Bank Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer) vəzifəsi üzrə vakansiya elan edir. ...