Qısa məzmun
Ə/h 700 AZN. “Azərbaycan Sənaye Korporasiyası” ASC Referent vəzifəsi üzrə vakansiya elan edir. Ofis proqramlarından sərbəst istifadə etməlidir.
İş barədə məlumat:
- Direktor müavininin işinin təmin edilməsi və ona xidmət üzrə texniki funksiyaları yerinə yetirir
- Bölmələrdən və ya icraçılardan direktor müavininə lazım olan məlumatları alır
- Direktor müavininin telefon danışıqlarını təşkil edir, direktor müavini olmadığı vaxtda alınan xəbərləri qeyd edir və aldığı məlumatların məzmununu ona çatdırır
- Direktor müavininin apardığı iclas və müşavirələrin hazırlanması işini görür, lazım olan sənədlərin yığılmasını, iclas və ya müşavirənin keçiriləcək vaxtı, yeri və gündəliyi haqqında iştirakçıları xəbərdar edir, onların qeydiyyatını aparır
- Direktor müavininin iş yerini dəftərxana ləvazimatı, texniki-təşkilati vasitələrlə təmin edir, onun səmərəli işləməsinə şərait yaradır
- Direktor müavininin imzalaması üçün sənədləri və işçilərin şəxsi müraciətlərini qəbul edir
- Həftənin 5 günü, 9:00-dan 18:00-dək həftədə 2 gün istirahət
- Əmək haqqı 700 AZN
Namizədə tələblər:
- Ali təhsil
- Minimum 1 il iş təcrübəsi
- Azərbaycan və rus dillərində mükəmməl danışıq və yazı
- Ofis proqramlarından sərbəst istifadə etmək
Göstərilən tələblərə cavab verən namizədlərdən şəkilli CV-lərini mövzu yerinə “referent” yazaraq hr@ask.gov.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...