Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Premium Transport MMC Nəqliyyat rəisi vəzifəsi üzrə vakansiya elan edir. Nəqliyyat və yataqxana ilə təmin olunacaqdır.
Vəzifə : Nəqliyyat rəisi
Əmək haqqı : Müsahibə əsasında təyin ediləcək
İş yeri : Qaradağ rayonu, Ümid qəsəbəsi, “Norm” sement zavodunun yaxınlığı
Vəzifə öhdəlikləri :
- Nəqliyyatla bağlı uçotun aparılmasına və hər ayın sonunda hesabatların verilməsinə nəzarət etmək;
- Sürücülərin xüsüsi qrafiklərinin hazırlanmasına nəzarət etmək;
- Cəmiyyətin nəqliyyat vasitələrinin inzibati xətalarının yoxlanılması və sürücülərin məlumatlandırılmasına nəzarət etmək;
- Nəqliyyat vasitələrin idarəedilməsi üçün etibarnamələrin hazırlanması və uçotunun aparılmasına nəzarət etmək;
- Yeni nəqliyyat vasitələrinin Yol Polis İdarəsində qeydiyyata salınması, çıxarılmasına və sürücülərə təhvil verilmə prossesinin təşkil edilməsinə nəzarət etmək;
- Yeni nəqliyyat vasitələrinin lazımı sığorta növləri ilə təmin edilməsinə nəzarət etmək;
- Cəmiyyətin nəqliyyat vasitələrinin texniki baxışdan kecirilməsi və lazım olduqda təmirinin təşkil edilməsinə nəzarət etmək;
- Nəqliyyat vasitələri ilə bağlı satınalma sifarişlərini hazırlamaq və daxili satınalma qaydalarına əsasən icra olunmasına nəzarət etmək;
- Cəmiyyətə məxsus olan köhnələnmiş vasitələrin qiymətləndirilməsi prosesinin həyata keçirilməsi və satış üçün ehtiyac olan tədbirlərin görülməsinə nəzarət etmək;
- Nəqliyyat vasitələri parkını yoxlamaq, onların istismara hazırlıq səviyyəsini qiymətləndirmək və hansı xidmət növlərinə ehtiyac duyulduğunu müəyyən etmək;
- Nəqliyyat vasitələrinin gün ərzində hərəkətini izləmək və planlaşdıran qrafikə nə dərəcədə riayət olunduğunu qiymətləndirmək – Sürücülərin xəttə çıxmazdan əvvəl etibarnamələri hazırlamaq və həkim nəzarətindən keçməsini təmin etmək;
- Nəqliyyat vasitələri parkının və işçi heyətinin gündəlik konkret planlaşdırılmasını və bölgüsünü həyata keçirmək; sürücülərin iş saatlarının qeyd edilməsinə nəzarət etmək;
- Yanacaq sərfi haqqında hesabatları hazırlanmasına – Alınan ehtiyyat hissələrin siyahısının aparılmasına nəzarət etmək;
- Cəmiyyət Direktoru tərəfindən verlən bütün şifahi və yazılı tapşırıqları icra etmək.
Namizədə olan tələblər:
- Müvafiq sahədə minimal 3 -5 il iş təcrübəsi;
- Nəqliyyat üzrə ali təhsil arzuolunandır.
- Yaş həddi 25 – 45 aralığında
İş şəraiti:
- 6 günlük iş norması – 1–5- ci günlər 7 saat, 6-cı günlər 5 saat
- Nəqliyyat və yataqxana ilə təmin olunma;
- Nahar ilə təmin olunma;
- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini hr@premiumtransport.az elektron ünvanına (“Nəqliyyat rəisi” başlığı ilə) göndərməyini xahiş edirik.
Oxşar vakansiya siyahısı:
600₼
Nəqliyyat operatoruGiləzi Nəqliyyat operatoru vəzifəsi üzrə vakansiya elan edirir@gilezi.com ...