Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Alyans Tekstil Modelyer – konstruktor vəzifəsi üzrə vakansiya elan edir. Komanda işinə meylli olmalıdır.
Vəzifə öhdəlikləri:
- Materialın elastikliyini nəzərə alaraq lekalın ölçülərini ən dəqiq şəkildə hesablamaq
- Hər ölçü üçün rəsm alətləri, kompüter və ya ölçmə cihazlarından istifadə edərək lekal çıxarmaq
- Kağız köməyi ilə kütləvi istehsalda istifadə ediləcək qəliblərin hazırlanması,
- Qəliblərin miqdarını, formasını və ölçülərini nəzərə alaraq məhsul üçün tələb olunan material və ya parça miqdarını təyin etmək,
- Parçaların qoşulacağı yerləri, düymə yuvası və qəlibdəki cib kimi detalların yerlərini işarələmək,
- Modelin nümunə kəsmə və tikmə mərhələsində iştirak etmək,
- Nümunə tikiş zamanı baş verə biləcək səhvləri və ya çatışmazlıqları aşkar etmək və qəliblərə düzəlişlər etmək
- Bütün nəzarətlərdən sonra tikiş təlimatları vermək və modelin kütləvi istehsala getməsini təmin etmək.
Namizədə tələblər:
- Müvafiq sahə üzrə min. 5 il iş təcrübəsi
- Qəbul olunmuş geyim standartları və ölçülərini bilmək,
- Tikiş proseslərini bilmək;
- Tikiş materiallarının, ləvazimat və furniturların tərkibləri və xüsusiyyətlərini, növlərini tanımaq;
- Komanda işinə meylli olmaq,
- Dəyişməyə və inkişafa açıq olmaq,
- Məsuliyyətli və həll yönümlü yanaşmalar göstərmək.
İş şərtləri:
- İş yeri: Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəll
- İş rejimi: 5 günlük, iş saatı: 08:30-17:30
- Əmək haqqı: müsahibə əsasında müəyyən olunacaq.
Uyğun namizədlərin CV-lərini mövzu hissəsinə “Modelyer-konstruktor” yazmaqla hr@alyans.az elektron ünvanına göndərmələri xahiş olunur.