Brend və reklam işi üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Nar Brend və reklam işi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Rus və İngilis dillərini mükəmməl bilməlidir.

Vakansiya haqqında

İdarə : B2C Kommersiya
İş qrafiki: Standart
İş müddəti : Müvəqqəti
İş yeri : Port Baku Cənub Qülləsi

Sizin əsas vəzifə öhdəlikləriniz:

  • Müvafiq zaman çərçivəsində fərqli miqyaslı ATL və BTL kampaniyalarını hazırlamaq, idarə etmək və uğurla icra etmək
  • Layihə çərçivəsində müvafiq istiqamətləri müəyyən etmək üçün reklam agentliklərinə dəqiq və aydın briflər hazırlamaq
  • Həyata keçirilən layihələr üzrə müvafiq marketinq ünsiyyət layihəsi cədvəlləri və hesabatları hazırlamaq
  • Layihələr üzrə müvafiq məlumatların yerləşdirilməsini təmin etmək
  • Müxtəlif kommunikasiya kanalları üçün Azərbaycan, Rus və İngilis dillərində düzgün məhsul mesajları və mətnləri hazırlamaq
  • Yeni ideyalarla əlaqədar görüşlərdə iştirak etmək və kreativ kampaniyalar üçün təkliflər irəli sürmək
  • Agentlik və vendorlar ilə əməkdaşlıq etmək
  • Bütün reklam materialları üzrə məlumatların düzgünlüyünə görə məsuliyyət daşımaq
  • Məlumatların brend qaydalarına uyğun olmasını və məlumatın hər yerdə eyni tərzdə təqdim olunmasını təmin etmək məqsədilə reklam materiallarında mütəmadi yoxlamalar həyata keçirmək

Sizdən tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali təhsil
  • Brend və ya reklam işi sahəsində ən azı 2 il iş təcrübəsi (Xarici şirkətlərlə işləmə təcrübəsi üstünlük hesab olunur)

Sizdən tələb olunan bacarıq və səriştəliklər:

  • Kopiraytinq (uyğun mətnlərin yığılması) bacarığı
  • Vendorlarla işləmə bacarığı
  • Təşkilatçılıq bacarığı
  • Vaxtın düzgün idarə olunması bacarığı
  • Eyni vaxtda müxtəlif tapşırıqları yerinə yetirmə qabiliyyəti
  • Təzyiq altında işləmə bacarığı
  • Azərbaycan, Rus və İngilis dillərini mükəmməl bilmək
  • MS Office proqramlarını bilmək

Müraciət etmək üçün

CV-nizi hr@azerfon.az e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda “Brend və reklam işi üzrə mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

500 — 601 ₼
SMM mütəxəssis

Kepro Estetik Klinika SMM mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Kepro Estetik Klinika

21.11.2024 - Bakı

Aparıcı Rəqəmsal Analitika Mütəxəssisi (Senior Digital Analytics Specialist)

Azərbaycan Hava Yolları QSC Aparıcı Rəqəmsal Analitika Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Hava Yolları QSC

01.11.2024 - Bakı

1200 — 1500 ₼
Məhsul üzrə menecer

Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

31.10.2024 - Bakı

1000₼
Sosial Media Mütəxəssisi

Ram Solutions MMC Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edur. ...

Ram Solutions MMC

28.10.2024 - Bakı