Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Gilan Tekstil Parkı Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Məsuliyyət, dürüstlük, dəqiqlik və etibarlılıq tələb olunur.
Giltex 2012-ci ildən Sumqayıt şəhərində fəaliyyətə başlayan Gilan Tekstil Park müəssisəsinin ticarət nişanıdır. Gilan Tekstil Parkında yüksək keyfiyyətli Azərbaycan pambığından dünya standartlarına cavab verən tekstil məhsulları istehsal edilməkdədir. Müəssisənin bazasında Toxuma fabriki, Boyama fabriki, İplik və Tikiş fabriki fəaliyyət göstərməkdədir. Hal-hazırda Gilan Tekstil Parkında müxtəlif növ parça, yataq dəstləri, yorğanlar, yastıqlar, habelə müxtəlif təyinatlı, oda və suya davamlı uniformalar, hərbi və xəstəxana geyimləri, xalatlar, otellər üçün dəsmallar istehsal edilməkdədir. İstehsalda insan sağlamlığına zərər verəcək heç bir kimyəvi maddələrdən istifadə edilmir. Bütün məhsullar Avropa standartlarina tam uyğundur.
VAKANSİYA: Hüquqşünas
DEPARTAMENT/ŞÖBƏ: Hüquq şöbəsi
ŞƏHƏR: Sumqayıt
VƏZİFƏ ÖHDƏLİKLƏRİ
- Departamentə daxil olan sənədlərin ilkin ekspertizası;
- İcraatda olan işlərin reyestrinin aparılması, işlərin müvafiq qaydada təhvili;
- Mülki hüquqi xarakterli müqavilələrin hazırlanması, müqaviləni qarşı tərəfə təqdim etdikdə onun qanunvericiliyin və Cəmiyyətin maraqlarına uyğunluğunun yoxlanılması;
- Müqavilələrin reyestrinin və elektron arxivinin aparılması;
- Cəmiyyət ilə bağlı bütün sənədlərin (qərarlar, əmrlər, sərəncamlar, əsasnamələr, proseduralar və.s) icra edilməsindən qabaq onların qanunvericiliyə uyğunluğunun yoxlanılması;
- Cəmiyyətin fəaliyyəti ilə bağlı hüquqi məsləhətlər, rəylər və arayışların verilməsi;
- Cəmiyyətin maraqlarını lazımınca müdafiə etmək məqsədilə etibarnaməli nümayəndə qismində məhkəmədə və digər qurumlarda təmsil edilməsi və bütün zəruri prosessual imkanlardan istifadə edilməsi;
NAMİZƏDƏ TƏLƏBLƏR
- Təhsil: Ali hüquq təhsili;
- Dil bilikləri: Azərbaycan dilini əla səviyyədə bilməli (İngilis və rus dillərini bilən namizədlərə üstünlük verilir);
- Təcrübə: Min. 2 il;
- Təzyiq altında işləməyi və stress vəziyyətlərdə qərar qəbul etməyi bacarmalıdır;
- Məsuliyyət, dürüstlük, dəqiqlik və etibarlılıq;
- Məxfiliyə riayət etmək, təhlil etmək, ünsiyyət bacarığı, vaxtın idarə edilməsi, komandada işləyə bilmək bacarıqların olması vacibdir.
İŞ SAATI
09:00 – 18:00
CV-lərinizi hr@giltex.az ünvanına göndərməyiniz xahiş olunur.
QEYD: Email-in “subject” bölməsinə, vakansiyanın adını yazmağınız xahiş olunur.