Qısa məzmun
Ə/h 1500 AZN. SİNAM Aparıcı proqramçı vəzifəsi üzrə vakansiya elan edir. Namizədin xarici dil (ingilis dili) bilikləri üstünlükdür.
İş barədə məlumat:
- Həftədə 5 iş günü saat (09:00-dan 18:00-dək)
- Bazar və şənbə günü istirahət
Namizədə tələblər:
- Aşağıdakı sahələr üzrə biliklərə malik olmalıdır:C#
- Obyekt yönümlü proqramlaşdırma qaydalarını bilməsi tələb olunur. İşaxtaran obyekt yönümlü yanaşmanı təcrübədə tətbiq edə bilməlidir
- Aşağıdakı anlayışları başa düşməli və istifadə edə bilməlidir: interface, delegate, generic classes, extension classes
- Layihələndirmə şablonları anlayışı və onların təcrübədə tətbiq edilməsi bacarığına malik olmalı, xüsusən layihədə aktiv istifadə olunan «Singleton» və «Factory Method» şablonları haqda biliyə malik olmalıdır
- ASP.NET WebForms platformasından istifadə etməklə proqramların işlənilməsi sahəsində təcrübəyə (2 ildən az olmayaraq) malik olmalıdır
- Kodun DAL, BLL, WEB səviyyəsində bölgüsü prinsipilərini və səbəblərini (məqsədlərini) bilməlidir
- Oracle- Qabaqcıl SQL bilikləri olmalı, INNER JOIN, OUTER JOIN, CROSS JOIN operatorlarının təyinatı və fərqlərini bilməlidir
- EXISTS, NOT EXISTS operatorlarının təyinatı və iş prinsipini bilməlidir
- CONNECT BY PRIOR, CONNECT BY LEVEL istifadə etməklə iyerarxik sorğularla işləmək bacarığına malik olmalıdır
- WITH istifadə edilən sorğuların sintaksisini bilməlidir
- SELECT FOR UPDATE bloka almadan istifadə etməyi bacarmalıdır
- TABLE, VIEW, TRIGGER, SEQUENCE, PACKAGE, PROCEDURE, FUNCTION, INDEX analayışları və onların nəyə xidmət etdiyini bilməlidir
- Verilənlərin normallaşdırılmasından istifadə etməklə əlaqəli verilənlər yığımının tərtib edilməsini bacarmalıdır
- PL/SQL barədə minimal biliyə malik olmalıdır
- Kursorlarla, kolleksiyalarla və yazılarla işləməyi bacarmalıdır
- Meydana çıxan səhvləri emal etməyi bacarmalıdır
Aşağıdakı sahələrdə bilikləri təqdirəlayiqdir: - JavaScript, JQuery
- CSS + HTML
Bilavasitə texniki biliklərə aid olmayan vərdişlər: - Rusca danışıq dilini bilməsi arzu olunur, amma mütləq deyil.
- Texniki ingilis dilini bilməsi vacibdir, belə ki, Oracle və C# üzrə sənədlərin əksəriyyəti ingilis dilindədir
- Sərbəst öyrənmək qabiliyyəti
- Komanda ilə işləmək qabiliyyəti
- Digər həmkarlarını öyrətmək qabiliyyəti və buna hazır olmaq və özgələrinin təcrübəsini qəbul etmək
İşaxtaranın yerinə yetirdiyi işlərin nəticələrini – kodu necə yaratdığını, qoyulan məsələnin həlli zamanı hansı üsullardan istifadə etdiyini əyani görmək üçün yaxşı olardı ki, işaxtaran müsahibə zamanı öz layihələrindən hər hansı birini nümayiş etdirsin.
Oxşar vakansiya siyahısı:
We are looking for a Frontend Developer to join our dynamic and globally expanding startup. Requirements: Programming Language: Typescript Technologies: HTML5, CSS, SCSS, ...
Kontakt Home QA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası İT mütəxəssisi vəzifəsi üzrə vakansiyasi elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...