Qısa məzmun
Ə/h razılaşma yolu ilə. METAK CNC operatoru vəzifəsi üzrə vakansiya elan edir. Ölçmə işləri üçün bəsit riyazi biliklər olmalıdır.
Öz fəaliyyətinə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların ölkəyə idxalı və daxili bazarda satışı ilə məşğul olan şirkətimizin adı artıq bütün ölkədə nüfuz qazanmışdır. Şirkətin istehsal sexlərində 2000-ci ildən müxtəlif metallardan döymə məmulatları hazırlanmağa, 2003-cü ildən polad boru kəməri elementləri (dirsək və keçidlər), 2005-ci ildən isə müxtəlif təyinatlı tikinti-quraşdırma işləri üçün nəzərdə tutulan tikinti işkələləri və dirəkləri istehsal olunmağa başlanmışdır. Həmçinin, 2005-ci ildən bazar tələbatını nəzərə alaraq yüksək keyfiyyətli polipropilen xammalından hazırlanan və öz sərfəliliyi və uzunömürlülüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq. METAK şirkətinin nüfuzunu həm istehsal etdiyi mallara ölkə miqyasında olan tələbatdan, həm də Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər MDB bazarlarında dünya üzrə aparıcı istehsalçılarla uğurla apardığı rəqabətdən də aydın görmək olar. Hal-hazırda METAK brendi altında alıcılara 2500-ə yaxın məhsul çeşidi təklif olunur. 2017-ci ildə METAK 20 illik yubileyini qeyd etmişdir və 650 nəfərlik əməksevər kollektivi ilə yeni parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.
CNC operatoru
İşin təsviri:
- Latun məmulatları deşmək, oymaq, dəlmək, yiv açmaq üçün Rəqəmli Proqram İdarəetmə sistemlərini (CNC) işə salmaq, istiqamətləndirmək və ya istismar etmək.
- Verilmiş metodlara uyğun olaraq maşınları hazırlamaq, xırda quraşdırma işləri aparmaq.
- Pəstahların dəzgahda yerləşdirmək, işlək vəziyyətə gətirmək, CNC idarəetmə pultuna quraşdırmaq.
- Vaxtaşırı alətlərə nəzarət, onların dəyişdirilməsi, lazımi qaydada və ölçüdə itilənməsi, emal olunan detalların ölçülərinin yoxlanılmasını heyata keçirmək.
- Təlimatlara və standartlara uyğun olaraq CNC sistemlərini təmizləmək və onlara texniki xidmət göstərmək.
- CNC sistemlərində baş verən qəzaları aradan qaldırmaq və sex rəisinə məlumat vermək.
Tələblər:
- Təhsil: Ali və ya orta texniki;
- Yaş həddi: 25 – 35 yaş;
- İstifadə edilən əsas xammalın xarakterik xüsusiyyətlərini bilməli;
- Ölçmə alətlərinin və ya avtomat sistemlərinin istismarını bilməli;
- Ölçmə işləri üçün bəsit riyazi biliklər;
- Təhlükəsizlik texnikası və əməyin mühafizəsi.
Maraqlananlar saytda onlayn-anketi dolduraraq 02.09.2018 – ci il tarixinə kimi müraciət edə bilərlər.
Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar.
Oxşar vakansiya siyahısı:
PRO CON izo Layihələrin idarə olunmasi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Kimyəvi analizlər üzrə laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Hazır məhsul müfəttişi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu stehsal üzrə növbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...