Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azərbaycan Turizm və Menecment Universiteti Akademik heyətin işə qəbul müsabiqəsi vəzifəsi üzrə vakansiya elan edir.
Azərbaycan Turizm və Menecment Universiteti 2020/2021-ci tədris ili üçün Turizm və Qonaqpərvərlik fakültəsinin müvafiq ixtisasları üzrə müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə akademik heyətin işə qəbul müsabiqəsini elan edir.
Müsabiqə üç mərhələdən ibarət olacaqdır:
- Sənədlərin qəbulu;
- Müsahibə;
- Azərbaycan Turizm və Menecment UniversitetiSınaq dərslərin keçirilməsi.
Namizədlərə aid tələblər:
- Fənn blokuna uyğun elmi dərəcəsi (magistr, fəlsəfə və elmlər doktoru);
- Müasir tədris standartlarına uyğun silabus və fənn materiallarını hazırlama bacarıqları;
- Tələbə-yönümlü tədris metodikası;
- Kompyuter biliyi: Ofis proqramlarında (xüsusilə, Microsoft Word, Excel və Power Point) sərbəst işləmək bacarığı.
Tələb olunan sənədlər:
- Doldurulmuş müraciət və silabus formaları;
- Şəxsiyyət vəsiqəsinin elektron surəti;
- Diplom(lar) və ona əlavə(lər)in elektron surətləri (xaricdə təhsil alanlar isə diplomla yanaşı həmin sənədin tanınmasına dair şəhadətnamənin elektron surətini təqdim etməlidirlər)
Namizədlər müvafiq formaları aşağıdakı keçidlərdən əldə edə bilərlər:
Fənn blokları.pdf
İşə qəbul müsabiqəsi – müraciət forması.doc
Silabus forması.doc
Namizədlərdən tələb olunan sənədləri career@atmu.edu.az elektron ünvanına göndərmələri xahiş olunur. Müraciətlərin göndərilməsi üçün son tarix 20 avqust 2020-ci ildir.
Namizədlərin hər hansı sualı yaranarsa (+99412) 564 42 33 (daxili nömrə 115) telefon nömrəsi və ya career@atmu.edu.az vasitəsilə əlaqə saxlaya bilərlər.
Qeyd: Namizədin göstəriciləri vəzifə tələblərinə uyğun gəlmədikdə və ya müraciət müddəti bitdikdə sənədlərə baxılmayacaq.
Oxşar vakansiya siyahısı:
Təsvir Excellent subject and curriculum knowledge. Excellent planning and teaching well structured lessons. Resource-based teaching / collecting and organizing subject r ...