Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Grand-Agro LLC Təhlükəsizlik Şöbəsi – Növbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. Yüksək idarəetmə bacarıqları olmalıdır.
Grand Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi, Abşeron yarımadasında istixana sistemlərinin qurulması və yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.
Əlavə məlumat:
- İş yeri – Qala Türkan, Hövsan qəsəbəsi
- İş qrafiki: Növbəli
- Nahar Şirkət tərəfindən verilir, tibbi sığorta
- Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə
- Növbəli iş qrafikində Xidməti avtomobillə təmin edilmə
Vakansiya – Təhlükəsizlik Şöbəsi – Növbə rəisi
Vəzifə öhdəlikləri:
- Növbə zamanı müəssisənin və istehsal sahəsində, inzibati binasında, anbarlarda və digər yardımçı sahələrdə mühafizə xidmətinin təşkilini həyata keçirmək;
- Növbə ərzində müəssisədə və istehsal sahələrində reydlər kecirmək və həmin yerlərin mühafizəsini təmin edə biləcək tədbirlərin grulməsi barədə təkliflər vermək;
- Növbə müddətində müəssisənin ərazisinə və istehsal sahəsinə giriş və çıxışla bağlı tətbiq olunan rejimlərin tələblərinə əməl olunmasını təmin etmək;
- Fəaliyyəti ilə əlaqədar mütəmadi olaraq, rəhbərliyə hesabatlar vermək.
- İşə başlamazdan öncə təhlükəsizlik əməkdaşlarına xidmət qabağı təlimatın çatdırılmasını təmin etmək.
- Təhlükəsizlik əməkdaşlarıın gün ərzində xidməti geyimlərini, şəxsi gigiyenasını yoxlamaq.
Tələblər:
- Təhsil : Ali,
- Təcrübə: Minimum 3 il (Hüquq mühafizə orqanlarında, hərbidə zabit kimi təcrübəsi olanlara üstünlükləri veriləcəkdir.)
- Dil bilikləri: Azərbaycan Dili
- İT üzrə biliklər: MS Office
Texniki Bacarıqlar:
- Təhlükəsizlik sistemləri, avadanlıqları və ya vasitələri ilə işləmək
- Mühafizə fəaliyyətinin prinsipləri, qaydaları və normaları haqqında ilkin məlumat
- Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydaları barəsində ilkin məlumat
Səriştəlik:
- Təşəbbüskarlıq və məsuliyyətlilik
- İntizamlılıq və nəticəyə köklənmə
- Açıq fikirli və problemi həll etmə bacarığı
- Problemlərin həllində proaktiv davranmaq
- Liderlik və Təşkilatçılıq
- Biznesin məqsədlərinə əsaslanmış kritik qərar qəbul edə bilmə ,
- Düzgünlük və dəqiqlik
- Yüksək idarəetmə bacarıqları
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@grandagro.az elektron ünvanına mövzu yerinə “Növbə rəisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
Azdizayn MMC Videomanitorinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...