Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Yelo Bank İT departamenti Texniki Dəstək şöbəsi / Kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan dilində səlis danışmaq bacarığı olmalıdır.
Vəzifə öhdəlikləri:
- Kompüterin ilkin montajı və quraşdırılması;
- Avadanlıqların yerlərdə quraşdırılması (PC, MFP, şəbəkə avadanlığı və s.);
- İT sahəsində quraşdırma işləri (LAN çəkilməsi, kabellərin quraşdırılması);
- İstifadəçilərin İT üzrə dəstəyi, proqram təminatlarının tənzimlənməsi;
- Kompüterlər, şəbəkə və ofis avadanlığı ilə ortaya çıxan nasazlıqların diaqnostikası və aradan qaldırılması;
- Məsafədən işləmə ilə bağlı istifadəçi işinin mümkünlüyünü təmin etmək və dəstəkləmək (VPN vasitəsilə);
- MS Windows məhsulları üzrə bilik (7/8/10 / Server);
- Əsas şəbəkə texnologiyaları / protokolları ilə bağlı bilik (DHCP; AD; DNS; TCP / IP);
- İstifadəçilərlə öz dillərində ünsiyyət qurma bacarığı;
- Proqram təminatının yoxlanılması, quraşdırılması və yerləşdirilməsi üzərində iş aparmaq;
- Texniki sənədlər, istifadəçilər / texniki dəstək xidmətləri üçün təlimatlar yazılmasında istifadə.
Vəzifəyə uyğun Sizdən tələblərimiz:
- Ali təhsil;
- 3 ilə qədər iş təcrübəsi;
- İnformasiya sistemlərinin texniki dəstəyinin idarə edilməsi və texniki xidmət üzrə mütəxəssis kimi iş təcrübəsi;
- Azərbaycan dilində səlis danışmaq bacarığı;
- Rus və ingilis dili bilikləri arzuolunandır;
- Məsuliyyətlilik, dəqiqlik, operativlik və problemi həll etmə bacarığı;
- Komandada işləmək bacarığı və stressə dözümlülük.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
- Əmək qanunvericiliyinə uyğun iş şəraiti;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.
Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz hərəkətlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “İT departamenti Texniki Dəstək şöbəsi / Kiçik mütəxəssis” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “İT – Kiçik mütəxəssis” qeyd etməklə öz CV-lərinizi cv@yelo.az ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Yelo Bank ASC Senior Data Analyst vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Hava Yolları İT İdarəsi, Şəbəkə administratoru, Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Yelo Bank ASC Data elmi üzrə baş mütəxəssis (Senior Data Scientist) vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m5kqg7gjro Təsvir Develop, implement, and monitor information security measures. Assess information security risks and propose solutions to mitigate them ...
Aztelekom MMC ERP və biznes prosesləri üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt HomeQA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt HomeQA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Prosesslərin avtomatlaşdırılması və rəqəmsallaşma departamentində Scrum Master vəzifəsinə işə qəbul elan edir. ...
Xalq Bank Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Sistem analitiki ( İT biznes analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m4mgqod2u1 Təsvir Develop, implement, and monitor information security measures. Assess information security risks and propose solutions to mitigate them ...