Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Veysəloğlu Şirkətlər Qrupu İR Karyera və təlim üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Şirkət haqqında:
1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
- İş yeri: Bakı şəhəri,Məhəmmədi qəs.
- Təhsil: Ali təhsil (İqtisadiyyat,Psixologiya,Sosiologiya,Menecment,MBA təhsili üstünlükdür)
- İş təcrübəsi: 1 il
- Yaş həddi: 21-26
- İR Təlimlərində iştirak edən bəy namizədlərə üstünlük verilir.
Vəzifənin təsviri:
Təlimlərin, inkişaf yönümlü tədbirlərin təşkilini reallaşdırır və fəaliyyətlərin səmərəliliyinin yoxlanılmasına, karyera və inkişaf yönümlü layihələrin təşkili və gedişatına dəstək olur.
Vəzifə öhdəlikləri:
- Təlim ehtiyaclarının araşdırılması prosesində iştirak etmək;
- Təlim planının hazırlanması prosesində iştirak etmək;
- Təlimlərin hazırlanması və tədris edilməsi;
- Yeni işə qəbul olunan əməkdaşlara orientasiya təlimi keçmək;
- Təlim və inkişaf fəaliyyətləri üzrə mütəmadi hesabatlar hazırlamaq, təhlillər həyata keçirməkdə dəstək olmaq;
- Təlimlərin həyata keçirilməsi və təkmilləşdirilməsinin monitorinqinin aparılmasına dəstək olmaq və bunlarla əlaqədar lazımi fəaliyyətləri göstərmək;
- Öhdəliyinə verilmiş təlimlərin təşkili və təhlili işlərinin reallaşmasına dəstək olmaq;
- Əlavə korporativ fəaliyyətlər.
Tələblər:
- Öyrənmə və inkişafa yüksək həvəs;
- İR sahəsi üzrə karyera qurmaq hədəfi;
- MS Office proqramları biliyi;(MS Power Point Əla səviyyədə)
- Komandada işləmək bacarığı;
- Məsuliyyətli və detallara qarşı diqqətlilik;
Əmək haqqı müsahibə əsasında təyin olunacaqdır.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Əmək müqaviləsi;
- 5 günlük iş qrafiki.
Müraciət qaydaları: CV-nizi cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “İR Karyera və təlim üzrə kiçik mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...