Qısa məzmun
Ə/h razılaşma yolu ilə. PAŞA Sığorta Müştəri Məmnuniyyəti Xidmətinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. İSO 9001:2015 Lead Auditor sertifikatı olmalıdır.
“PAŞA Sığorta” ASC namizədləri Müştəri Məmnuniyyəti Xidmətinin rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
- İVR (İnteractive Voice Response) zənglərini cavablayan əməkdaşların zənglərinin dinlənilməsi və dəyərləndirilməsinə nəzarət, əməkdaşlara nəticələrlə bağlı geribildirim təqdim edilməsi prosesinə nəzarət və inkişaf planı üzrə dəstəyin təqdim ediməsi;
- Üz-üzə xidmət təqdim edən əməkdaşların vizitlərinin dinlənilməsi və dəyərləndirilməsinə nəzarət, əməkdaşlara nəticələrlə bağlı geribildirim təqdim edilməsi prosesinə nəzarət və inkişaf planı üzrə dəstəyin təqdim ediməsi;
- Müştəri məmnuniyyətinin öyrənilməsi məqsədilə sorğuların təşkilini nəzərət, nəticələrin təhlil edilməsi və rəhbərliyə məruzə edilməsi;
- Şirkətə daxil olan istək və şikayətlərin prosesinin tənzimlənməsinə nəzarət və lazimi tədbirlərin həyata keçirilməsini təmin etmək;
- Müştəri ilə birbaşa təmasda olacaq yeni işçilərin ünsiyyət bacarıqları üzrə təlimatlandırılmasına nəzarət;
- Keyfiyyət komandası üzvlərinin fəaliyyətinin təşkil edilməsi və Keyfiyyət İdarəetmə Sistemi çərçivəsində tənzimlənmənin təmin edilməsi;
- Müştərilərlə ünsiyyətdə olan əməkdaşlar üçün təlim hazırlanması və təqdim edilməsi;
- Xidmət təqdim etmə prosesinin səmərəli təşkilinin təmin edilməsi;
- İSO 9001:2015 standartına uyğun Daxili Auditin təşkili, keçirilməsi və müvafiq hesabatın təqdim edilməsi;
- İSO 9001:2015 standartına əsasən Xarici Auditin təşkili, xarici auditora dəstəyin təmin olunması və müvafiq hesabatın rəhbərliyə təqdim edilməsi;
- SO 10002 Müştəri Şikayətləri İdarəetmə Sistemi standartı üzrə işlərin həyata keçirilməsi
BİLİKLƏR:
- Azərbaycan,rus və ingilis dili bilikləri yüksək səviyyədə;
- Microsoft office (Word, excel, powerpoint) proqramları üzrə peşəkar biliklər;
- Ali təhsil;
- İSO 9001:2015 Lead Auditor sertifikatı;
- Xidmət vermə sahəsində bilik və bacarıqları təsdiq edən sertifikatlar
TƏCRÜBƏ:
- Keyfiyyət İdarəetmə Sistemi üzrə minimum 3 il iş təcrübəsi;
- İdarəçilik təcrübəsi üzrə minimum 2 il iş təcrübəsi;
- Müştəri Məmnuniyyəti sahəsində ən az 5 il iş təcrübəsi;
BACARIQLAR:
- Təhlil etmək bacarığı;
- Yüksək şifahi və yazılı ünsiyyət bacarıqları;
- Detallara diqqət etmə bacarığı;
- Təqdimat bacarığı
- Liderlik və təşəbbüskarlıq bacarığı;
- Layihələrin idarə edilməsi bacarığı;
- Geribildirim vermə qabiliyyəti;
- Komandanı idarəetmə bacarığı;
- Stresə davamlılıq
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.
Oxşar vakansiya siyahısı:
SUPERFON Kuryer vəzifəsi üzrə vakansiya elan edir. ...
SUPERFON MotoKuryer vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Digital Müştəri Xidmətləri üzrə mütəxəssisvəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Müştəri Xidmətləri üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Xalq Bank "Şamaxı" filialının katib-referenti vəzifəsi üzrə vakansiya elan edir. ...
SUPERFON MotoKuryer vəzifəsi üzrə vakansiya elan edir. ...
SUPERFON Kuryer vəzifəsi üzrə vakansiya elan edir. ...
Ven Group Operator/CallCenter vəzifəsi üzrə vakansiya elan edir. ...