Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Damla Mebel MMC Rəngsaz üzrə vakansiya elan edir. Sumqayıt,Xırdalan şəhərləri və Masazır qəsəbəsindən servis xidmətimiz mövcuddur.
- Azərbaycanın ən böyük mebel istehsalçılarından biri olan “Damla” MMC 2012-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Artıq uzun illərdir ki, şirkətimiz təklif etdiyi mebellərin topdan satışını uğurla həyata keçirir. İstehsalat prosesində yalnız dünyaca məşhur şirkətlərin istehsalı olan, ekoloji cəhətdən səmərəli və sertifikatlaşdırılmış mebel materiallarından istifadə olunur.
Yerli brend Damla artıq Qazaxıstan, Gürcüstan, Rusiya,Türkmənistan, Tacikistan, Özbəkistan kimi ölkələrdə də Azərbaycanı təmsil etməkdədir.
Vəzifə öhdəlikləri:
- Mebel ehtiyat hissələrinin rənglənməli olan bütün detallarının rənglənməsini təmin etmək;
- Rəngləmə və laklamanın texniki şərtləri və keyfiyyət tələbləri ilə rəngləməni təmin etmək;
- Səthlərin yüksək keyfiyyətli rənglənməsi və bir neçə tonda bəzədilməsi ilə bağlı mürəkkəb rəngsaz işlərinin yerinə yetirmək;
Namizədə tələblər:
- Ali ve ya orta təhsilli
- Mebel istehsalı sahəsində 2-5 il təcrübə
- Rənglədiyi yerlərin qurulması və rənglədiyi əşyaların daşınmasının norma və qaydalarını bilməli;
- Rənglədiyi materialların quruluşunu və yapışma xüsusiyyətlərini bilməli;
- Rəng püsgürdücü avadanlığın sazlanma mexanizmini və üsullarını bilməli.
İş şərtləri:
- Həftədə 6 iş günü, 1 gün istirahət
- İldə 1 dəfə məzuniyyət haqqı
- 1 saat nahar fasiləsi və 2 dəfə 20 dəqiqəlik çay fəsilələri
- Əmək haqqı: Razılaşma yolu ilə
- İş yeri Abşeron r-nu, Masazır qəs., Park Mazasır Yaşayış Kompleksinin içində
- İşçilərin işə gəlmə və getməsi üçün Sumqayıt,Xırdalan şəhərləri və Masazır qəsəbəsindən servis xidmətimiz mövcuddur.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@damlamebel.az elektron ünvanına mövzu yerinə “Rəngsaz” yazaraq göndərmələri və yaxud 0774651129 nömrəli telefonla əlaqə saxlamaları xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
Matanat A şirkəti Planlama üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Smeta üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtoelektrik vəzifəsi üzrə vakansiya elan edir. ...
AGA Şirkətlər Qrupu Layihəçi elektrik mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu SƏTƏM üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat bölmə nəzarətçisi (baş qənnadçı) vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...