Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Green Tech Baş aşpaz vəzifəsi üzrə vakansiya elan edir. Nahar və nəqliyyat xidməti Şirkət tərəfindən verilir.
Vəzifə öhdəlikləri:
- Mətbəxin tam idarə edilməsi (mövsümə uyğun menyunun hazırlanması, həftəlik hesabatın verilməsi);
- Personal yeməyinin təsdiqlənən menyu əsasında hazırlanması;
- Tabeliyində olan işçilərin təlimatlandırılması və onların işinə nəzarət edilməsi;
- Məhsulun, xammalın, hazırlanmış yeməklərin və yarımfabrikatların saxlanılmasına nəzarət edilməsi;
- Gigiyena qaydalarına riayət edilməsi.
Tələblər:
- Milli mətbəxi bilməli;
- İdarəetmə bacarığı;
- Baş aşpaz vəzifəsində min 3 il iş təcrübəsi;
- Qida təhlükəsizliyi qaydalarına aid biliklərin və sertifikatın olması (üstünlükdür);
- Məhsulların sifarişi və depolanması üzrə biliklərin olması;
- Xidmət etmək və insanlarla ünsüyyət qurmaq bacarığı.
Əmək şəraiti:
- Əmək haqqı razılaşma yolu ilə (müsahibə əsasında təyin olunacaqdır);
- 6 günlük iş qrafiki;
- Nahar və nəqliyyat xidməti Şirkət tərəfindən verilir.
İş yeri – Binə qəsəbəsi
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@greentech.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Baş Aşpaz” şəklində göstərməyiniz xahiş olunur.