Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azersun Holding Həkim – gigiyenist vəzifəsi üzrə vakansiya elan edir. Laboratoriya işinin təşkil edilməsini bilməlidir.
Namizədə aid tələblər:
- Ali tibbi təhsilli olmalı;
- Aidiyyatı sahədə 3-5 il təcrübəsi olmalı;
- Sosial gigiyenanın əsaslarını və sanitar – epidemioloji xidmətin təşkilini bilməli;
- Laboratoriya işinin təşkil edilməsini bilməli;
- Kommunal gigiyena, qidalanma gigiyenası, əmək gigiyenası və ətraf mühitin mühafizəsi və radiasiya gigiyenası üzrə digər məsələləri şəkar səviyyədə bilməli, kompüterdə çalışma qabiliyyəti olmalı;
- Əməyin mühafizəsi qaydalarını bilməli, mülki müdafiənin tibb xidmətinin təşkili və fəaliyyəti məsələlərini bilməli, gigiyenik və ğlamlaşdırıcı tədbirlərin təşkil edilməsi və aparılması qaydalarını bilməli;
- Əmək fəaliyyətinin təşkilinin nəzəri əsaslarını və gigiyenik prinsiplərini bilməli.
İş haqqında məlumat:
- Sanitariya qaydalarına, gigiyena normativlərinə , sanitariya- gigiyenik və epidemiya əleyhinə tədbirlərin təşkili və aparılmasına nəzarətin həyata keçirilməsi;
- Əhali arasında xəstəliklərin baş verməsi və yayılmasının səbəblərinin və şəraitinin müəyyən edilməsi;
- Sanitariya – epidemioloji sağlamlığın təmin olunması sahəsində ərazilərin sosial – iqtisadi inkişafı proqramlarının layihələri üzrə
- kliflərin hazırlanmasında iştirak edilməsi;
- Sanitariya epidemioloji ekspertizanı, araşdırma , müayinə , təhqiqat, sınaq, eləcə də toksikoloji, gigiyenik və digər qiymətləndirmə növlərinin həyata keçirilməsi;
- Əhalinin gigiyenik tərbiyəsi üzrə işin təşkil edilməsi və həyata keçirilməsi;
- Sosial – gigiyenik monitorinqin aparılmasında iştirak edilməsi;
- Öz ixtisası üzrə sanitariya – epidemioloji rəylərin hazırlanması, başqa bölmələrin həkimlərinə gigiyena ixtisası üzrə məsləhətlərin verilməsi,iş fəaliyyətinin göstəricilərinin təhlil edilməsi;
- Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinin təmin edilməsi;
- Cihaz və avadanlıqların istismarının düzgünlüyünə , orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə yardım göstərilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@azersun.com elektron ünvanına (“Həkim-Gigiyenist” başlığı ilə) göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Tibb bacısı
Hajigabul Poultry Farm Company Tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...