Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azertexnolayn MMC CNC-CAM operator vəzifəsi üzrə vakansiya elan edir. Qidalanma müəssisə tərəfindən qarşılanır.
Sumqayıt Kimya Sənaye Parkının (SCIP) ərazisində ilk rezident olaraq təməli qoyulan Azertexnolayn MMC ölkəmizin sənaye sahəsində mühüm işlərin görülməsində əməyi keçən şirkətlərdəndir. 2013-cü ildə istismara verilən şirkət ölkəmizdə sənaye infrastrukturunun inkişafı, onun mövcud potensialının daha da möhkəmlənməsi və müasirləşdirilməsi istiqamətində professional səylərini göstərməkdədir. Azertexnolayn MMC bu gün müasir texnologiyalara əsaslanan, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən və eksport potensialına malik aşağıdakı məhsulların istehsalı ilə məşğuldur.
Azertexnolayn MMC-nin nəzdində olan zavodlarda su xətləri, təbii qaz xətləri, xam neft xətləri, svay, metal konstruksiya və s. üçün nəzərdə tutulan müxtəlif diametrli istehsal olunabilən polad və polietilen borular, paslanmaz metal hasarlar istehsal olunur.
Vakansiya: Texniki Avadanlıqlar Zavodunda “CNC-CAM operator”
Əmək funksiyası:
- Metal və qeyri-metal məmulatları kəsmək, əymək, formaya salmaq, tikmək, deşmək, oymaq, dəlmək, yiv açmaq üçün Rəqəmli Proqram İdarəetmə sistemlərini işə salmaq, istiqamətləndirmək və ya istismar etmək:
- CNC torna və frez dəzgahlarının idarə edilməsi
- Proqramı hazırlamaq, dəyişmək və ya ləğv etmək;
- Hissələrdə olan qüsurları və ya maşınlarda olan nasazlıqları aşkar etmək məqsədilə maşınların işləməsinə nəzarət etmək və ya müşahidələr aparmaq
- Məmulatı əl ilə və ya qaldırıcı mexanizmlərdən istifadə etməklə valda, sıxıcı və ya bərkidici qurğuda, avtomatik yükləmə
- zgahında yerləşdirmək, nizamlamaq və prosesdə fasilə yaranmasına yol verməmək
- Dəzgahlardakı uyğunlaşdırmaları və materiallara olan tələbləri müəyyən etmək məqsədilə işin texniki cizgilərini oxumaq
- Qüsurların aşkar edilməsi məqsədilə hissələri yoxlamaq və maşınların işləmə dəqiqliyini müəyyən etmək üçün ştangenpərgar, metrə, mikro-metr, kalibr-skoba, kalibr-probka, şablon, mexaniki və ya avtomat ölçmə alətlərindən istifadə etməklə qiymətləndirmə aparmaq.
- Əl alətlərindən istifadə etməklə frezer, kəsici mexanizmlər, bıçaqlar, qayka açarlar və fırçalar kimi yeyilən hissələrini dəyişdirmək və maşını sazlamaq
- CAD/CAM proqramlarından istifadə edə bilmək
- CNC avadanlıqlarına proqram daxil etmək
Namizədə tələblər:
- CNC sistemi üçün kompüter proqramları (proqramlaşdırmanın əsasları)
- İstifadə edilən əsas xammalın xarakterik xüsusiyyətləri və imkanları
- Ölçmə alətlərinin və ya avtomat sistemlərinin istismarı
Tələblərə uyğun gələn namizədlər CV-lərini Operator (dəqiq emal) başlığı altında qeyd edərək seide.memmedova@azertexnolayn.com ünvanına göndərmələri xahiş olunur
Əmək şəraiti:
- İş növbəli işdi.
- Qidalanma müəssisə tərəfindən qarşılanır.
- Əmək haqqı razılaşma yolu ilə
- Ünvan: Sumqayıt şəhəri, Kimyaçılar küç.1
Oxşar vakansiya siyahısı:
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...