Qısa məzmun
Ə/h 700 AZN. Azmedicon MMC Həkim vəzifəsi üzrə vakansiya elan edir. Dispanserizasiyanın əsaslarını, prinsip və metodlarını bilməlidir.
Vəzifə funksiyaları:
- Həkim- terapevt tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərir,
- Müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasınını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən edir,
- Mövcüd qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin edir və nəzarət edir, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil edir və ya müstəqil surətdə aparır,
- Pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik edir və əlavə müayinə metodlarının zəruriliyini müəyyən edir,
- Diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin
mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edir, - Öz işini planlaşdırır və öz fəaliyyətinin göstəricilərini təhlil edir,
- Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir,
- Sanitar-maarifləndirmə işini aparır. Etik davranış qaydalarına riayət edir,
- Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasının aparılmasında iştirak edir və tibbi-sosial ekspertiza üçün zəruri sənədləri hazırlayır,
- Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə və vaxtında icra edir,
- Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz itisasını artırır.,
- Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir.
Tələblər:
- Ali tibbi təhsil
- Müvafiq vəzifə üzrə 5 il iş təcrübəsi
- Rus dili sərbəst,
Bilməlidir:
- Xəstəxana və ambulator-poliklinik müəssisələrində, təcili və təxirəsalınmaz hallarda əhaliyə müalicə-profilaktika və dərman yardımının təşkilinin əsaslarını,
- Öz ixtisası üzrə profilaktika, diaqnostika, müalicə və reabilitasiyanın müasir metodlarını,
- Tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını,
- Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını və tibbi-sosial ekspertizanın aparılması qaydasını,
- Dispanserizasiyanın əsaslarını, prinsip və metodlarını;
- Tibbi sığorta şəraitində səhiyyə müəssisəsinin və tibb işçilərinin fəaliyyətinin təşkilati-iqtisadi əsaslarını,
- Həkimlərin etik davranış qaydalarının, tibbi etika və deontologiyanın əsaslarını,
- İnsan bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını,
- Təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını,
- Sanitar-maarifləndirmənin əsaslarını,
- Daxili əmək intizamı qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normalarını.
* iş qrafiki: 15 gün
* iş yeri Daşkəsən
* əmək haqqı: 700 AZN
Oxşar vakansiya siyahısı:
Tibb bacısı
Hajigabul Poultry Farm Company Tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...