İnşaat Meneceri
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

SMTS MMC İnşaat Meneceri vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən verilir.

Vəzifə öhdəlikləri:

  • İnşaat prosesinin təşkili və aparılması; İnşaat sahəsində bütün növ işlərin layihəyə, təhlükəsizlik qaydalarına, tikinti standardlarına, texniki spesifikasiyaya tam uyğun aparılmasına nəzarət etmək.
  • İnşaat işlərinin gedişatına, təşkilinə və keyfiyyətinə nəzarət etmək; gündəlik iş tərəqqisini nəzərdən keçirmək və hesabat hazırlamaqla rəhbərliyi məlumatlandırmaq; İnşaat işlərində və sahədə işçilərə olan tələbatı müəyyən etmək;
  • İşin yerinə yetirilməsində Risklərin Qiymətləndirilməsi və təhlükəsiz iş metodunun hazırlanması.
  • Layihədə dəyişikliklər və ya hər hansı razılaşma, rəhbərliyin təlimatları barədə layihəçi-memarlarla, texniki nəzarətçilərlə, subpodratçılarla, təchizatçılarla müzakirələr aparmaq;
  • Görülmüş işlərin uçotunu aparır, texniki sənədləşməni tərtib edir. Subpodratçıların tamamlanmış tikinti obyektləri üzrə komplekslərin və ayrı-ayrı hissələrin təhvil verilməsində iştirak edir. Subpodrat təşkilatlar üçün iş sahəsi hazırlayır, işlərinə nəzarət edir və onlardan görülmüş işin qəbul olunmasında iştirak edir;
  • İşlərin yerinə yetirilməsi məqsədi ilə tabelikdə olan struktur bölmələrə və ya işçilərə rəhbərlik edir;
  • Tikinti sahəsində olan zərərləri, hadisələri, gecikmələri araşdırmaq, koordinasiya etmək və bunlara qarşı düzgün tədbirlərin görülməsini təmin etmək;
  • Təhlükəsizlik və ətraf mühitin qorunması standartlarının tələblərinə əməl etmək, daxili əmək intizamı qaydalarını, əməyin təşkilinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına əməl etmək.
  • Layihənin sahə işlərinə plan üzrə nəzarət və idarə olunması;
  • Sahədə görülən işlərin koordinasiyası;
  • Materialların hesabatına, sifariş olunmasına və çatdırılmasına nəzarət;
  • Texniki və mühəndislik problemlərin həll olunması.

Namizədə olan tələblər:

  • İnşaat sahəsində Ali təhsil;
  • İnşaat Meneceri olaraq Beynəlxalq tikinti layihələrində ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı (yüksək mərtəbəli binalarının tikintisində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək);
  • Tikinti quraşdırma işlərinin Azərbaycanda qəbul edilmiş normalara və Beynəlxalq normalara uyğun aparılma qaydalarını bilməli (müəssisənin keyfiyyət menecmenti sisteminə İSO standart tələbləri bilən namizədlərə üstünlük veriləcək);
  • MS office AutoCAD, ArchiCAD proqramlarını əla səviyyədə bilməli (əlavə olaraq 3D Max, Corel Draw, Tekla proqramlarını bilən namizədlərə üstünlük veriləcək);
  • Azərbaycan və rus dilini əla səviyyədə bilməli (ingilis dilini bilənlərə üstünlük veriləcək);
  • Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verməli;
  • Komandada işləmək bacarığına sahib olmalı;
  • Analiz və idarəetmə bacarığı.

Digər tələb və şərtlər:

  • Yaş həddi: 30-55
  • Əmək haqqı 2000-3000 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
  • İş rejimi: 6 günlük iş həftəsi
  • Nahar şirkət tərəfindən verilir

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində hr@smts.az elektron ünvanına mövzu yerinə “İnşaat meneceri” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Oxşar vakansiya siyahısı:

550₼
İstehsalat Operatoru

Ayan MMC İstehsalat Operatoru vəzifəsi üzrə vakansiya elan edir. ...

Ayan MMC

28.03.2025 - Xırdalan

430₼
İstehsal xəttində nəzarətçi

Ayan MMC İstehsal xəttində nəzarətçi vəzifəsi üzrə vakansiya elan edir. ...

Ayan MMC

28.03.2025 - Xırdalan

Tekstil meneceri

QAYO MMC Tekstil meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

QAYO MMC

19.03.2025 - Bakı

Texniki dəstək üzrə mütəxəssis (Helpdesk)

Mətanət A Şirkətlər Qrupu Texniki dəstək üzrə mütəxəssis (Helpdesk) vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

17.03.2025 - Bakı

700 — 900 ₼
Anbardar (istehsalat anbarına)

AZELKO MMC Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

AZELKO MMC

14.03.2025 - Bakı